Sankt-Peterburqdakı terrora görə 6 nəfər orta asiyalı saxlanılıb - Yardım fəaliyyəti ilə əlaqədar

img

05-04-2017 [14:22]


Sankt-Peterburqda terrora yardım fəaliyyəti ilə əlaqədar 6 nəfər orta asiyalı saxlanılıb.
 
APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. Əməliyyatda polis, Federal Təhlükəsizlik Xidməti və Rusiya Milli Qvardiyasının xüsusi bölmələri iştirak edib.
 
Bildirilir ki, şübhəli şəxslər 2015-ci ilin noyabrından Sankt-Peterburqda yaşayan orta asiyalıları "Cəbhat ən-Nüsra” və İŞİD kimi terror təşkilatlarına cəlb etməklə məşğul olublar. Hazırda onların yaşadığı evlərdə axtarış aparılır.
 
Hələlik həmin dəstənin Sankt-Peterburq metrosunda partlayış törədən şəxslə əlaqəsinin olması barədə məlumat yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 14.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA