At əti satmaq istəyirdi, tutuldu - Fotolar

img

01-04-2017 [14:18]


Kürdəmir rayonunda at əti satmaq istəyən şəxs saxlanılıb.

Mia.az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Xınıslı kənd sakini Anar Bağırov özünə məxsus həyətyanı sahədə iki atı kəsərək Kürdəmir rayonunun Yenikənd kənd sakini Tahir Kərimova məxsus "Mercedes” markali avtomobillə satmağa apararkən polis əməkdaşları tərəfindən tutulub.


Rayon Baytarlıq Xidmətinin əməkdaşları müsadirə olunan at ətindən müayinə üçün nümunə götürüblər.

Faktla bağlı rayon Polis Şöbəsi tərəfindən araşdırmalar davam etdirir.

Qeyd edək ki, bu fakt Anar Bağırovun ilk qanunsuz əməli deyil. Belə ki, o bundan əvvəl də at əti satışına görə saxlanılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 14.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA