"10 manata hər yerdə var, gedin alın, zəhərlənin" - Müğənnidən sərt reaksiya

img

01-04-2017 [12:22]


Kilosu 720 manat olan alça alması ilə gündəmə gələn müğənni Təranə Qumral barəsəində səslənən xoşagəlməz sözlərə sərt cavab verib.

Mia.az Unikal.org-a istinadən bildirir ki, müğənninin ötən gün alça ilə paylaşdığı fotosu müzakirəyə səbəb olmuşdur. Bir çoxları ifaçını bu addımına görə qınamışdı. 

Sənətçi ünvanına deyilən təhqirlərə sərt cavab verib: 

"Mənim şəklimin altına gic-gic sözlər yazan geridüşüncəli səviyyəsizlər, az özünüzü dilənçi kimi aparın. Ay bilmirəm hamilədir, ay bilmirəm xəstədir... Hamınızın imkanı da, geyimi də var. Nə yaxşı əlinizdə bahalı telefonlarınız var, girib İnstaqramda müğənniləri, jurnalistləri qınağa çəkə bilirsiniz. Əlinizdə əlacınız olsa, deyərsiniz, kim nə qədər qazanır gətirib hamısını sizə versin. Ayıb olsun biədəb sözlər yazanlara. Qaldı ki alçaya, 10 manata hər yerdə var, gedin alın, zəhərlənin".


Digər xəbərlər
SON XƏBƏRLƏR