Xırdalanda güllələnən kişinin kimliyi bilindi - Polis nəzarətindədir

img

31-03-2017 [14:22]


Bu gecə Xırdalan şəhəri 28-ci məhəllədə - bazarın yaxınlığında baş vermiş atışma zamanı 3 güllə yarası almış 32 yaşlı Paşayev Xəyal Oqtay oğlu əməliyyat olunub.

Mia.az lent.az-a istinadən xəbər verir ki, 1 saylı şəhər xəstəxanasına yerləşdirilən şəxsin bədənində 3 güllə yarası aşkarlanıb. Güllələrdən heç biri onun bədənində qalmayıb. Belə ki, güllələr onun qarın divarını, çiynini və sol qolunu deşərək keçib. Səhər saatlarında palataya keçirilən X.Paşayev polis nəzarətindədir.

Məlum atışma vaxtı 47 yaşlı Valeh Nəcəfov başından güllə yarası alıb və hadisə yerindəcə keçinib.

Faktla bağlı əməliyyat qrupu yaradılıb, axtarışlar aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 14.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA