Məmur arvadı özünü niyə öldürdü? - Bir neçə dəfə intihara cəhd edib...

img

30-03-2017 [23:30]


Qəbələ rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyevin həyat yoldaşının intiharının bəzi təfərrüatları məlum olub.

Mia.az BakiPost.az-a istinadən xəbər verir ki, intiharın dəqiq səbəbləri hələ tam aydın olmasa da, mərhum Natavan Allahverdiyevanın indiyə qədər bir neçə dəfə intihara cəhd etməsi müəyyənləşib. Bunun səbəblərinə gəlincə ilkin ehtimal kimi həmin şəxsin psixoloji probleminin olduğu irəli sürülsə də, bu, təsdiqini tapmır. Faciə baş verən ailəyə yaxın adamların sözlərinə görə, N.Allahverdiyevada psixoloji problem, hər-hansı xəstəlik olmayıb.

Qeyd edək ki, bu gün Qəbələ rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyevin həyat yoldaşı 1973-cü il təvəllüdlü Allahverdiyeva Natavan Elman qızı intihar edib.

Qadın özünü Nohurqışlaq kəndində yaşadıqları evin tualetində asıb.
Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 14.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA