Gəl, canlı-canlı vur" - Fərda "Rəcəb İvedik"ə səsləndi (VİDEO)

img

28-03-2017 [21:52]


Azərbaycan və Türkiyə qardaşlığı kino sahəsində də özünü göstərməyə başlayıb.

Belə ki, "DADA" prodakşın və "ARAN" film birlikdə iş birliyinə qərar verərək komediya janrında film ərsəyə gətirməyi planlaşdırıb.

Bu barədə ARB TV-yə açıqlama verən "DADA" prodakşın əməkdaşları, yeni "Yanlış anlama" adlı filmdə Azərbaycan və Türkiyə aktyorlarının da yer alacağını vurğulayıb.

Geniş heyyət toplayan prodakşın, olduqca təcrübəli aktyor və aktrisalara yer verib.

Komediya janrında lentə alınacaq filmdə Azərbaycandan isə Pərvin Abıyeva, İslam Mehrəliyev və Fərda Xudaverdiyev yer alacaq.

Mətbuat konfransı zamanı yumorist aktyor Fərda Xudaverdiyev, tanınmış türkiyəli aktyor Şahan Gökbakara zarafatla söz atıb: "Buradan Şahan abimə səslənmək istəyirəm. Bu işlər fiziklə olmur. Ekrandan vurmaq asandır. Gəl, canlı-canlı vur".

Qeyd edək ki, filmin çəkilişləri həm Türkiyə, həm də Azərbaycanda baş tutacaq.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA