Şahin Diniyevin komandası ?Qarabağ?la matçdan imtina etdi

img

23-06-2010 [12:11]


?Qarabağ? futbol komandasının Rusiya ?Terek?i ilə iyunun 23-də Türkiyənin paytaxtı Ankarada keçirilməsi nəzərdə tutulan oyunu baş tutmayıb. Lent.az-ın Ağdam klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna ?Terek? rəhbərliyinin imtinası səbəb olub. Hazırda Ankarada təlim-məşq toplantısında olan ?Qarabağ? iyunun 24-də Bakıya qayıdacaq. Ertəsi gün baş məşqçi Qurban Qurbanovun komandası Tofiq İsmayılov adına Suraxanı Qəsəbə stadionunda yoxlama oyununa çıxacaq. Saat 20:00-da başlanacaq matçda ?Qarabağ?ın rəqibi ?Olimpik-Şüvəlan? olacaq. Komandamız Avropa Liqasının I təsnifat mərhələsində Makedoniya ?Metallurq?u ilə ilk görüşünü iyulun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Görüş saat 21:00-da başlanacaq. Qeyd edək ki, ?Terek?də baş məşqçi köməkçisi vəzifəsində çalışan Şahin Diniyev 2001-2004-cü illərdə ?Qarabağ?a rəhbərlik edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA