Dünya çempionatının final matçında Hollandiya ilə ispaniya qarzılazacaq

img

08-07-2010 [09:35]


Cənubi Afrika Respublikasında təşkil olunan futbol üzrə dünya çempionatının qalibi indiyə qədər çempion ola bilməyən ölkənin yığma komandası olacaq. İyulun 11-də keçiriləcək final matçında Hollandiya ilə İspaniya qarşılaşacaq. İyulun 7-də Durban şəhərindəki ?Moses Mabhida? stadionunda baş tutan ikinci yarımfinal görüşündə İspaniya yığması Almaniyanı məğlub edib ? 1:0. Baş məşqçi Visente Del Boskenin komandası oyun boyu daha üstün təsir bağışlayıb və qələbə topunu 73-cü dəqiqədə vurub. Künc zərbəsindən sonra müdafiəçi Karles Puyol başla topu rəqibin qapısından keçirib. Bununla da, İspaniya millisi 2008-ci il Avropa çempionatının finalında olduğu kimi, dünya çempionatının yarımfinalında da Almaniyanı minimal hesabla yenib. Tarixində ilk dəfə finala yüksələn pireneylilərin rəqibi indiyədək iki dəfə bu həyəcanı yaşayan, amma dünya çempionu ola bilməyən Hollandiya yığması olacaq. Həmin görüşdə qələbə qazanan ölkə tarixində ilk dəfə mundialın qalibi adını qazanacaq. İndiyədək Braziliya 5, İtaliya 4, Almaniya 3, Argentina və Uruqvay hərəyə 2, İngiltərə və Fransa isə hərəyə 1 dəfə dünya çempionu olublar. Yeni dünya çempionu bu sıraya qoşulan 8-ci ölkə sayılacaq. Eyni zamanda, ilk dəfə ?köhnə qitə? təmsilçisi başqa qitədə dünya çempionu adına sahib çıxacaq. Bununla da Avropa və Cənubi Amerika ölkələri arasında dünya çempionluğu sayındakı bərabərlik birincilərin xeyrinə dəyişəcək ? 10:9. İyulun 10-da keçiriləcək 3-cü yer uğrunda qarşılaşmada isə Almaniya Uruqvayla üz-üzə gələcək. lent.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA