Gömrük orqanlarında işə necə qəbul olmaq mümkündür? - Müraciət

img

14-03-2017 [13:19]


Dövlət Gömrük Komitəsi işçi axtarır.

Mia.az Gömrük Komitəsinə istinadən xəbər verir ki, komitə bununla bağlı vətəndaşlara müraciət edib.

Müraciətdə bildirilir ki, son vaxtlar Dövlət Gömrük Komitəsinə, xüsusən komitə sədri Aydın Əliyevə məktubla, rəsmi qəbul günləri və regionlarda vətəndaşların qəbulu zamanı edilən müraciətlərin əsas hissəsi gömrük orqanlarına işə qəbulla bağlıdır:

"Gömrük orqanlarına işə qəbul "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə və Azərbaycan prezidentinin 12 noyabr 2010 tarixli, 349 nömrəli fərmanı ilə təsdiq edilmiş "Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydaları" əsasında həyata keçirilir. 

Gömrük orqanlarının hüquq-mühafizə orqanları statusuna malik olduğunu nəzərə alaraq, qeyd edilən əsasnaməyə uyğun olaraq yaşı 30-u keçməmiş və müvafiq ali təhsilə (gömrük işinin təşkili, hüquqşünaslıq, iqtisadiyyat, maliyyə və s.) malik Azərbaycanın vətəndaşları müsabiqədə iştirak edə bilərlər".

Komitə onu da bildirib ki, gömrük orqanlarında xidmətə qəbulla əlaqədar test imtahanlarının keçirildiyi tarix və yer barədə məlumatı da Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsindən öyrənmək mümkündür.

Digər xəbərlər
SON XƏBƏRLƏR