Günel Səfərova: "Məktəblərdə filtrdən keçirilmiş internetdən istifadə edildiyinə görə..."

 Günel Səfərova: \"Məktəblərdə filtrdən keçirilmiş internetdən istifadə edildiyinə görə...\"

CƏMİYYƏT

Bugün, 16:20

"Məktəblərdə filtrdən keçirilmiş internetdən istifadə edildiyinə görə şagirdlər zərərli informasiyalara çıxış əldə edə bilmirlər".

Mia.az xəbər verir ki, bunu Elm və Təhsil NazirliyiNİN Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova "Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər" mövzusunda ictimai dinləmədə deyib.

O qeyd edib ki, buna baxmayaraq, müəllimlərin ixtisasartırma prosesində də rəqəmsal təhlükəsizlik təmin edilməlidir: "Biz yalnız normativ tənzimləmələrlə kifayətlənməməli, maarifləndirmə işini də düzgün qurmalıyıq. Doğru müdaxilə ilə yanaşı, risklərin qarşısının alınması üçün qabaqlayıcı addımların atılması xüsusi əhəmiyyət daşıyır. Rəqəmsal təhlükəsizliklə bağlı maarifləndirməyə məktəbəqədər yaşdan, hətta kiçik yaş qruplarından başlamaq lazımdır"/Report.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR