09-03-2017 [21:31]
Brüsseldə yerləşən Avropa Parlamentində "Əli və Nino” filminin Avropa premyerası keçirilib. Filmin nümayişi Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benelüks ofisinin Azərbaycanın Belçika, Lüksemburq və Avropa İttifaqındakı səfirliyi, Gürcüstanın Belçika, Lüksemburq və Avropa İttifaqındakı səfirliyi və ALDE Qrup təşkilatı ilə birgə əməkdaşlıq şəraitində təşkil edilib.
Mia.az xəbər verir ki, 175 nəfər iştirakçı arasında Avropa Parlamentinin üzvləri Norika Nikolai, Heidi Hautala, Ramona Nikole Manesku, Tomas Zdeçovski həmçinin, Gürcüstanın Belçikadakı səfiri Natali Sabanadze, Azərbaycanın Belçika, Lüksemburq və Avropa İttifaqındakı səfiri Fuad İsgəndərov, Azərbaycanın NATO-dakı missiyasının rəhbəri Xəzər İbrahim, Ukraynanın Belçikadakı səfiri Mikola Toçitski, Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin rəhbəri və Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev və digər azərbaycanlı deputatlar Fuad Muradov, Kamran Bayramov və Rövşən Rzayev də iştirak ediblər.
Xatırladaq ki, səksən il bundan əvvəl Almaniyada yazıçı Qurban Səid tərəfindən yazılmış "Əli və Nino” hekayəsi 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə Bakının dinlərarası, multikultural və tolerant ruhunu ehtiva edir. Azərbaycanlı müsəlman zadəgan gənc Əli və gürcü xristian şahzadəsi Nino arasında sevgi münasibətlərindən bəhs edən bu hekayənin hadisələri əsasən İçərişəhərdə baş verir. Lakin hadisələr, həmçinin Dağıstan, Gəncə, Tbilisi, Tehran və hazırda Ermənistanın işğalı altında olan Şuşada da yaşanır.
Qurban Səidin eyniadlı romanı əsasında çəkilmiş film azərbaycanlı gənc Əli ilə gürcü qızı Nino arasında məhəbbət hekayəsindən bəhs etməklə bərabər, XX əsrin əvvəllərində Cənubi Qafqazda baş verən siyasi hadisələri təsvir edir.
Britaniyalı məşhur rejissor, Kann Film Festivalının qalibi, BAFTA mükafatı laureatı, Britaniya Kino Akademiyasının və Qremmi mükafatçısı Asif Kapadianın çəkdiyi filmdə baş rolları 86-cı Kino Akademiya festivalının qalibi Adəm Bəkri və Qoya mükafatı laureatı, ispaniyalı aktrisa Mariya Valverde ifa edirlər. Filmin layihə rəhbəri və icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.
Filmin nümayişinin Beynəlxalq Qadınlar Gününə təyin edilməsi təsadüfi deyil. Belə ki, burada Nino güclü qadın obrazı kimi təqdim olunur və 18 yaşına çatmış bütün qadınlara AXC tərəfindən səsvermə hüququnun verildiyi göstərilir. Azərbaycan qadınlarına seçki hüququ Böyük Britaniya, ABŞ və Fransa kimi ölkələrdən öncə verilib.
Avropa Azərbaycan Cəmiyyətinin Benelüks ofisinin rəhbəri Mark Vervilghen deyib:
"Bugünkü premyera Avropa İttifaqı-Azərbaycan münasibətləri üçün çox mühüm mədəni hadisədir. Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Brüsselə səfəri ölkənin Avropa dəyərlərinə sadiqliyini və Avropa ilə əlaqələrini genişləndirmək istəyini nümayiş etdirdi.
"Əli və Nino” filmi Cənubi Qafqaz regionundakı qeyri-adi həyatı nümayiş etdirir. Təəssüf ki, qonşularla birgə yaşayış heç də hər zaman biz istədiyimiz kimi hamar və asan olmur. Bu, Azərbaycan və Ermənistanın misalında aydın olur. Azərbaycan digər ölkələr üçün etnik azlıqlar və gender bərabərliyinə açıq olan bir ölkə modeli kimi görünür və burada müxtəlif millətlər və dinlərə mənsub insanlar yaşayır”.
Avropa Parlamentinin üzvü Norika Nikolai qeyd edib:
"Bu, yalnız sevgi hekayəsi deyil. Bu hekayə sivil bir ölkə və onu özünə tabe etmək istəyən ölkələr arasında münaqişə haqqındadır və təəssüf ki, bu cür münaqişələr hələ də davam etməkdədir. Beynəlxalq Qadınlar Günündə bu film bir dərs ola bilər. Bu dərs sadəcə sevgi ilə bağlı deyil. Bu, çətinliklərə sinə gəlmək haqqında bir hekayədir. İstərdim ki, diqqəti həyatda vacib olan şeylərə cəlb edən bu film hamının qəlbində dərin iz buraxsın”.
Gürcüstanın Belçika, Lüksemburq və Avropa İttifaqındakı səfiri Natali Sabanadze isə təəssüratlarını bölüşərək deyib:
"Əli və Nino” əsəri müəllifin ölümündən sonra, surəti Vyanada ikinci əl kitab mağazasında tapılanda üzə çıxmışdır. Hekayənin mərkəzində duran məsələlər hələ də öz aktuallığını itirmir. Biz fərqli dünya qüvvələri arasında baş verən məsələlər, mədəniyyətlər və sivilizasiyaların toqquşmasını görürük. Biz, həmçinin şəxsiyyətlərin gücünü və fərdi seçimi görürük. Bu müəmmalı müəllifin şəxsiyyəti ilə bağlı sualların bitib-tükənməməsinə baxmayaraq, əsər çox güclüdür və bizə sənətin sarsılmaz olduğunu göstərir. O bizə göstərir ki, toqquşmalar qaçılmazdır və onların həlli heç vaxt asan olmur”.
TRAMP "İRANLA GÖRÜŞƏ HAZIRAM" DEDİ, TEHRANDAN RƏDD CAVABI GƏLDİ: "Ağzına yumruq vuracağıq"
“Mənim ailəmin şəxi həyatına daxil olmayın" - Tahir İmanov vəhhabi olması haqqında iddialara belə reaksiya verdi + VİDEO
Ağdaşda qızı qaçıran oğlan və dostları həbsə göndərilib
Tehranda itkilərin sayı artır - Ən azı 460 nəfər ölüb, 4000-dən çox insan yaralanıb
Aralıq dənizində zəlzələ olub
"Qoşadaş"da dəniz dibinin tədqiqatına başlanılır - Açıqlama
"Fitch" İranla bağlı proqnoz verib
Daha bir amerikalı hərbçi həlak oldu
"HABER GLOBAL"IN RƏHBƏRİ İRAN RƏHBƏRLİYİNƏ "ÇAQQAL" DEDİ - FOTO
Ülviyyə Axundova yeni vəzifəyə təyinat aldı
"Zülfiyyə xanım icazə vermədi, eybi yox" - VİDEO
"Elmin" şadlıq sarayının fəaliyyəti dayandırılıb
Dünənki imtahanda suallar çətin olub? - DİM-dən açıqlama
"Google"u 11,4 milyon cərimələndi - Rusiyada
İran hökuməti: "Həlak olanlar arasında 206 qadın və uşaq var"
Pensiyalarla bağlı açıqlama yayıldı
"AZƏRİŞIQ" QANUNU POZUB: bir ayı gözləmədən işıq kəsmək və... - "RƏY HOQQABAZLIĞI" DA RƏSMƏN ARAŞDIRILIR
Qələmşah Qədimov 20 kq narkotiklə saxlanıldı
AAYDA və tabeli qurumlarda maaş böhranı yaşanır - "Fevralın maaşı hələ də ödənilməyib!"
“BİZİ BURA KİNOYA BAXMAĞA ÇAĞIRIBLAR?” – Komitə sədri əsəbləşərək AHİK-in tədbirini tərk edib + FOTOLAR
ADSEA-nın tabeliyindəki qurumda yoxlama başlayıb
Prezident daha üç qanuna dəyişikliyi təsdiqlədi
DAHA BİR DÖVLƏT QURUMU AAYDA-da YOXLAMA APARIR
Prezident İlham Əliyev Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqləyib - Nələr olacaq?
Sabah hava necə olacaq? - Proqnoz
Tramp: "5 iranlı idmançıya sığınacaq verildi"
Müşfiq Abbasov azadlığa çıxıb
Əli Əsədov yeni qərar imzalayıb
Dövlət Məşğulluq Agentliyində kadr dəyişikliyi olub
İrandan indiyədək Azərbaycana 2 097 nəfər təxliyə olunub
"Trabzonspor"un baş məşqçisi: "Ən vacib şey qalib gəlmək idi"
Baş nazir deputatlara hesabat verəcək
Cəbrayıl komandasına yeni baş məşqçi təyin edildi
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
Qəzzada daha bir jurnalist həlak olub
Şəkidə qadın dəm qazndan ölüb
Prezident tapşırıq verdi, İrana yardım göndərildi - VİDEO
"Sayğaclara texniki baxış, oxunma, pul yığımı, sızma və fasiləsiz iş rejimi... - "Azəriqaz"da "qul əməyi" sistemi var
"MÜHARİBƏ BÖYÜK ÖLÇÜDƏ BİTİB..." - Tramp İranla bağlı yeni mesajlar verdi, dini lider seçimini bəyənmədiyini dedi
"İranın təslim olmaqdan başqa çarəsi qalmayacaq" - ABŞ Müdafiə nazirindən müharibə ilə bağlı açıqlamalar
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Almaniya XİN başçısı Ceyhun Bayramova zəng edib
İran raket Türkiyə səmasında vurulub