Anelka baz məzqçini təhqir etdiyi üçün Fransa yığmasından qovuldu

img

20-06-2010 [01:12]


İngiltərənin ?Çelsi? klubunun futbolçusu Nikolya Anelka Fransa milli komandasından qovulub. Belə sərt cəzaya hücumçunun yığmanın baş məşqçisi Raymon Domeneki təhqir etməsi səbəb olub. İnsident iyunun 17-də Fransa yığmasının Meksika ilə keçirdiyi dünya çempionatı matçının fasiləsində baş verib. Domenekin tənqidlərinə cavab olaraq, Anelka baş məşqçini ?Va te faire enculer sale fils de pute? deyə təhqir edib. Bu ifadənin azərbaycanca tərcüməsi yazılası deyil. Sadəcə, onu demək olar ki, futbolçu baş məşqçidən ?harasa? getməsini istəyib. Bu sözlərindən sonra 31 yaşlı forvard Pyer-Andre Jinyakla əvəzlənib. Bu gün isə Anelkanın komandadan qovulduğu məlum olub. Fransa Futbol Federasiyasının vitse-prezidenti Noel Le Qre qərardan şoka düşdüyünü bildirib: ?İlk günlərdən Anelkanı müdafiə edən bir nəfər var idisə, bu, elə Domenekin özü idi?. Qeyd edək ki, Meksika ilə görüşdə Fransa yığması 0:2 hesabı ilə uduzaraq, 1/8 finala vəsiqə şanslarını çətinləşdirib. Oyunda qollar isə məhz ikinci hissədə vurulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA