Azərbaycan Sayokan Komandası Türkiyədə keçiriləcək Avrasiya çempionatında iztirak edəcək

img

03-06-2010 [11:52]


Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzi 5-6 İyun 2010 cu il Turkiyə cumhuriyyəti İstanbul Şəhərində keçiriləcək Enşin karate üzrə Avrasiya çempionatında iştirak edəcək. Bu mötəbər yarışa Avropa və Asiyanın ən güclü komandaları qatılacaq. Eyni zamanda Enşin karatenin yaradıcısı Grand Master Kanço Joko Ninomiyoda bu Çempionatın açılışına gələcək. Bu möhtəşəm Avrasiya Çemponatında Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin seçmə idmançıları Allahverdi Zamanov, Afik Mustavayev, Ramil Bilalov , Tural Rəhimov, Ramil Bagırov Komandanın rəhbəri Vasif Namazovun rəhbərliyi altında ölkəmizin idman şərəfini qoruyacaq. İdmançılarımız bu çempionatda yüksək nəticə əldə etmək üçün Sumqayıt şəhər Paralimpia idman Kompleksində gərgin məşq prosesində təlim keçmiş və yarışa yüksək əhval ruhiyə ilə 04 iyul 2010 tarixində yola düşürlər. Vasif Namazov, Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin Prezidenti: ? Enşin karate, karatenin ən çətin növlərindən biridir. Karatenin bu növü xsusilə kontakt karate növlərindən olan ?Kyokusin,Aşihara, Qodzu-ryu və s. karate növlərinin qaydalarına yaxındı. Bu çempionat çox ciddi şəkildə təşkil olunub. Bu günə qədər bu təşkilatın dünya, avropa və avroasiya yarışlarında ölkəmiz heç bir nəticə verməyib. Ümid edirəm ki, İdmançılarımız qələbələr qazanaraq Azərbaycan adını ilk olaraq bu çempionatın tarixinə yazacaq..? Qeyd edək ki, Bu yarışda idmançılarımızın iştirakını ?AZPETROL? MMC, ?İMPULS? MMC , ?HB Co LTD? şirkəti və Xəzər Səhmdar cəmiyəti təmin edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA