"Mənim üçün bir sürpriz və unudulmaz 8 mart hədiyyəsi oldu" - Xumar Qədomova danışdı

img

04-03-2017 [12:25]


"Cənab prezidentin sərəncamı mənim üçün bir sürpriz və unudulmaz 8 mart hədiyyəsi oldu".

Mia.az xəbər verir ki, bu sözləri unikal.org-a tanınmış müğənni Xumar Qədimova bildirib. O deyib ki, müxtəlif sahəni təmsil edən qadınlarımızın içərisində tək sənətçi olaraq onun "əməkdar artist" fəxri adıyla təltif olunmasına duyğulanıb: 

"Mənə və təltif olunan bütün qadınlarımıza bu gözəl sevinci bəxş etdiyinə görə ölkə başçısına təşəkkürümü bildirirəm. Bu təltif Azərbaycan musiqisinin, mədəniyyətinin təbliğində bundan sonra daha çox enerjiylə çalışmağıma bir stimuldu. Bir daha cənab prezidentə minnətdarlığımı bildirir və məni sevən, təbrik edən bütün insanlara təşəkkürümü çatdırıram".

Xatırladaq ki, dünən prezident İlham Əliyev 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Tanınmış müğənni Xumar Qədimova "Əməkdar artist” fəxri adına layiq görülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA