Azərbaycanlı müğənnini döydülər: "Nəfəs ala bilmirdim..." - VİDEO

img

03-03-2017 [20:29]


Müğənni Elçin Cəfərov əməliyyat etdirərək, burnunu kəsdirib.

Mia.az lent.az-a istinadən xəbər verir ki, bunu "Canlı yayım”ına qonaq olan ifaçının özü deyib: 

"Əslində bunu siz dediniz deyə açıqlamalı oluram. Bu cür şeylərlə reklam olunmağı sevmirəm. "Şeron” qrupunda ifa etdiyim zaman axşam saatlarında evimizə gedirdim, bir də gördüm ki, məhəllədə 3 nəfər adam dayanıb. Onların yanından keçəndə məni yumruqla vurdular.

Uzandım yerə. Burnumdan qan açıldı. Məni təpiklədilər, hətta bıçaq da çıxartmışdılar. Başa düşə bilmirdim ki, nə olub? Nə baş verir? Bir sözlə məni döydülər, qaçdılar. Və mən indiyə qədər bilmirəm ki, səbəb nə idi. Həmin vaxtdan burnumda problemlər var idi. Nəfəs ala bilmirdim. "M” , "N” hərflərini deməyə çətinlik çəkirdim. Məcburiyyətdən burun əməliyyatı etdirməli oldum”.


Digər xəbərlər
SON XƏBƏRLƏR