Amerikalı tələbələr üçün ?Plov Günü? keçirildi

img

18-06-2010 [07:32]


İyunun 18-də Azərbaycan Dillər Universitetində (ADU) ?Plov günü? keçirildi. Tədbirin əsas məqsədi ADU-da Yay məktəbi keçmək üçün gəlmiş 8 nəfər amerikalı tələbəyə Azərbaycanın milli mətbəxi, mədəniyyəti haqqında məlumat verməkdən ibarət idi. Plov gününü giriş sözü ilə tədbirin təşəbbüskarı və təşkilatçısı Regionşünaslıq kafedrasnın müdiri dosent Sevdagül Əliyeva açdı. O Azərbaycanın milli mətbəxinin incisi olan plovdan, onun növlərindən, bişirilmə və yemək xüsusiyyətlərindən danışdı. Tədbirdə 9 növ azərbaycan plovu bişirilmişdi. Sonra hazırlanmış plov çeşidləri amerikalı tələbələrə təqdim olundu. Qeyd edək ki, ABŞ-ın müxtəlif universitetlərini təmsil edən 8 tələbə ADU ?da Yay məktəbi keçir. Yay məktəbinin əsas məqsədi amerikalı tələbələrə Azərbaycan dilini öyrətmək və dil biliklərini inkişaf etdirməkdən ibarətdir. Azərbaycan dilini öyrənməklə yanaşı onlar Azərbaycanın mədəniyyəti, tarixi, adət-ənənələri ilə yaxından tanış olacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA