?Borçalı? ictimai Cəmiyyəti 2-ci ?Elat günü? kütləvi tədbirini reallazdırır

img

22-07-2010 [05:48]


?Borçalı? İctimai Cəmiyyəti bu il iyul ayının 25-də Gürcüstanın Dmanisi rayonunun Armudlu yaylasında 2-ci ?Elat günü? kütləvi tədbirini reallaşdırır. ?Borçalı? İctimai Cəmiyyətinin Mətbuat Xidmətiindən verilən məlumata görə, Elat-hüdudları bəlli olan konkret coğrafi bölgə daxilində mövsümü ? yaylaq-qışlaq yerdəyişməsindən ibarət təsərrüfat məişətinə malik olan insanların sosial birliyidir. Belə mədəni ? təsərrüfat tipinə malik insan qruplarının ? sosial birliklərin yaratdığı mədəniyyət tipi isə elat mədəniyyətidir. Özündə olduqca zəngin mənəvi-etnik və mədəni-sosial dəyərləri ehtiva edən bu mədəniyyət tipi Gürcüstan Respublikasının şərqində hazırda Kvemo-Kartli adlanan Borçalı-Qarayazı tarixi bölgəsində əsasən kompakt yaşayan, həmçinin qonşu bölgələrdə yaşayan Azərbaycan türklərinin məişət və təsərrüfat həyatının bu gün də tərkib hissəsi olaraq qalmaqdadır. Yaylaq-qışlaq təsərrüfat məişətinə malik əhali qrupu elmi ədəbiyyatda ?elat? ?tərəkəmə? adlandırılsa da, bəzən tarixi, etnoqrafik ədəbiyyatda belə maldar əhali qrupu səhvən və ya qərəzli şəkildə köçəri adlandırılır. Halbu ki, köçəri tayfa və xalqların mənlik şüurunda ?yurd? anlayışı olmadığı halda, elat dünyaqavrayışında ?yurd? ən müqəddəs anlayışlardandır. Bunu Gürcüstan yer adlarında ?toponimlərdə də aydın görmək olar. Eyni zamanda, Azərbaycan türklərinin yaşadığı Şərqi Gürcüstan digər millətlərin də (az da olsa ) yaşadığı polietnik regiondur. Bu amil də qarşılıqlı etnik əlaqələrin təsərrüfat məişətinin, məişət?mədəniyyətinin, maddi və mənəvi mədəniyyətinin formalaşmasında müəyyən təsirə malik olmuş, dostluq münasibətlərinə yardım göstərmişdir. Bizim Gürcüstana dostluq səfərimizin məqsədi isə ?Elat günləri? keçirmək, ənənəni davam etdirmək və dostluq, qardaşlıq əlaqələrini daha da gücləndirməkdir. Tədbirdə 10 minə yaxın soydaşımızın və qonaqların iştirakı nəzərdə tutulur. Tədbirin mütəşəkkil, plana uyğun keçirilməsini təmin etmək məqsədilə qurum proqramı aşağıdakı qaydada təşkil edir: 1.Iyul ayının 24-də səhər saat 7-də tədbir iştirakçıları ?Nərimanov? kinoteatrının qarşısında yığışacaqlar. 2.Iyulun 25-də saat 9-da Dmanisi şəhərinin girəcəyində tədbir iştirakçıları bir araya gələcək. 3.Tədbir iyulun 25-də saat 11-də Armudlu yaylasında başlanacaq. 4.Saat 15-dən 18-dək rəngarəng proqram nümayişi etdirəcək. 5.Saat 18-də tədbirin yekunlaşdırılması nəzərdə tutulur. 6.Iyulun 26-da saat 10-da tədbirə dəvətlilərin Bakıya yola salınması planlaşdırılır. Xatırladaq ki, I ?Elat mədəniyyəti günü? tədbiri 2009-cu il, iyul ayının 25-26-da möhtəşəm şəkildə keçirilmişdi. ?Elat mədəniyyəti günü? tədbirinin keçirilməsində əsas məqsəd soydaşlarımızın doğma yurda bağlılığını daha da möhkəmləndirmək, azərbaycanlılarla gürcülər arasındakı etimad mühitinə öz töhvələrini verməkdədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA