Sabah Səfurə Əlizadənin diskinin təqdimatı keçiriləcək

img

17-06-2010 [06:23]


Azərbaycanın gənc müğənnisi Səfurə Əlizadə Almaniyada səfərdədir. Müğənninin rəsmi saytına istinadən bildirilib ki, o, bu səfər çərçivəsində İsveçdə yeni işıq üzü görən ?It?s my war? diskinin təqdimatınını da keçirəcək. Təqdimat mərasimi iyunun 18-də nəzərdə tutulub. Xatırladaq ki, iyunun 14-də müğənni Almaniyanın yüksək reytinqli tele-şoularından birinin çəkilişində iştirak etmişdir. Bu veriliş efirə gələn həftə gedəcək. Onu da əlavə edək ki, ?Eurovision-2010? müsabiqəsində beşincilik qazanan Səfurə Əlizadənin ?Drip drop? mahnısı Almaniyanın tanınmış ?Viva Germany? televiziya kanalında 100 ən yaxşı mahnı arasında birincidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA