Müğənni Elariz qızı ülviyyəyə toy edib

img

16-06-2010 [04:02]


Müğənni Elariz iyunun 15-də şəhər restoranlarının birində qızı Ülviyyəyə toy edib. Məclisi Elarizin yaxın dostu Rüfət Axundov idarə edib. Toyda Elarizə yaxın olan sənət dostları iştirak edib. Onların arasında xalq artistləri Arif Babayev, Nazpəri Dostəliyeva, Azər Zeynalov, Flora Kərimova, eləcə də, Bəhram Bağırzadə, Natəvan Həbibi, Kərim, Faytonçu Nazim, Səidə Sultan, Xuraman Şuşalı, Samir Piriyev, Xatun və digər qonaqlar olub. Toyun ən maraqlı sürprizləri gəlinin bacısı və qardaşından gəlib. Bacısı maraqlı xoreoqrafik rəqs hazırlayıb, qardaşı Məmməd isə əvvəlcədən hazırlanmış video materialı sürpriz edib. Videogörüntüdə qardaşı Şopendən musiqi əsəri ifa edir. Elariz Məmmədoğlunun həyat yoldaşı sürprizləri göz yaşı ilə izləyib. Qeyd edək ki, müğənni və qızı mətbuat nümayəndələrinin toyda iştirak etməsinə, tədbiri işıqlandırmasına qarşı çıxmasa da, gəlin və bəyin yaxından görüntülənməsinə icazə verməyib. Elarizin kürəkəni Nicat daxili işlər orqanlarında çalışır. lent.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA