21-02-2017 [14:11]
"Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti təyin edilməsi ictimai rəyin bir dəstəyidir. Cəmiyyət referendum bitəndən sonra birmənalı olaraq vitse-prezident kimi Mehriban xanımı görürdü”.
Mia.az BakiPost.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.
Onun sözlərinə görə, cəmiyyətin Mehriban Əliyevanı dəstəkləməsinin bir necə səbəbi var:
"Mehriban xanım cəmiyyətdə özünə xüsusi qayğı, məhəbbət, istək qazanıb. Mehriban xanım uzun illər vətənpərvərlik, xeyriyyəçilik nümunəsi göstərdi. O, Heydər Əliyev Fonduna rəhbərlik etdiyi dövrdə əlil evlərinin bərpası, uşaq evlərinin tikilməsi və qurulması, məktəblərin tikilməsi, yetim uşaqların mənzillə təmin olunması və digər bu istiqamətdə ardıcıl və sistemli işlər gördü. Bu bir daha xalqımızda Mehriban xanıma xüsusi məhəbbət qazandırdı ki, o, xeyriyyəçi, özünün daxilində mərhəmət hissi olan bir insandır. Bu böyük bir keyfiyyətdir. Mehriban xanım bu keyfiyyətini büruzə verdi.
Parlamentdə gözəl deputat kimi fəaliyyət göstərir, Fransa Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəridir. Fransada Azərbaycan evini yaratdı. Mehriban xanım əfv fərmanları hazırladı. Əfv fərmanları ilə yüzlərlə evi sevindirdi. Deputat kimi ona minlərlə məktub daxil olur ki, onların əksəriyyəti müsbət həll olunur”.
H. Rəcəbli Mehriban Əliyevanın təşkilatçılıq bacarığından da damışıb: "Onun təşkilatçılığı ilə Avropa Oyunları yüksək səviyyədə keçirildi. Bu oyunların səs-sorağı bütün dünyaya yayıldı. Azərbaycanın imici dünyada xeyli artdı. Azərbaycan sülhsevər, idman sevər, əmin-amanlıq dövləti kimi özünə imic qazandı. Ölkəmiz turizm mərkəzi kimi sevilməyə başladı. Bu gün Azərbaycana turist axınının olmasının bir səbəbi də məhz Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsidir. Hazırda İslam Həmyərlik Oyunlarına da Mehriban xanım rəhbərlik edir. Uğurların indidən gözləntisi var”.
Komitə sədri Mehriban Əliyevanın beynəlxalq münasibətlərdə daima prezident İlham Əliyevin yanında olduğunu vurğulayıb:"Mehriban xanım prezidentimizin apardığı xətti tuta bilib. Mərhum prezident Heydər Əliyevin xarici siyasətini uğurla davam etdirə bilən insanlardan biridir. Onun həm Heydər Əliyev Fondu, həm də İslam Həmrəylik təşkilatının səfiri, həm də YUNESKOnun səfiri kimi fəaliyyəti dünyada geniş yayılıb”.
Hadı Rəcəbli Azərbaycanın birinci vitse-prezidentinin eyni zamanda gözəl ailə başçısı olduğunu da xatırladıb:"O həm də gözəl ana və nənədir. Bu da Azərbaycan qadınının bir nümunəsidir. Onun vitse-prezident seçilməsi bir daha Azərbaycan qadınının nüfuzunun, yerinin nə qədər yüksək olduğuna bariz nümunədir”.
Millət vəkili qeyd edib ki, birinci vitse-prezident təyinatının əsas məqsədi Azərbaycan xalqının rifahının bir az da yaxşılaşmasıdır:"Mehriba xanım Azərbaycanda sabitliyin, Heydər Əliyev dövlətçiliyinin inkişafının, Azərbaycançılıq ideyasının davam etdirilməsində dövlət başçısı İlham Əliyevin ən sadiq köməkçisidir. Düşünürəm ki, bu cütlük Azərbaycanda böyük uğurlara nail olacaq. Azərbaycan inkişaf edəcək. Azərbaycanda qeyr- neft sektorunun inkişafında bu cütlüyün fəaliyyəti böyük olacaq. Yeni institutun özü də Azərbaycanda islahatların aparılmasında xüsusi rol oynayacaq. Bunun əsas məqsədi də Azərbaycan xalqının rifahının bir az da yaxşılaşdırılmasıdır. Hesab edirəm ki, yaxşılaşacaq”.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən Mehriban Əliyeva Azərbaycanın birinci vitse-prezidenti təyin edilib.
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR