"Mehriban Əliyeva ölkənin inkişafı üçün müsbət addımlar atacaq" - Partiya sədri

img

21-02-2017 [12:52]


Məlum olduğu kimi, Prezident İlham Əliyev Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanı birinci vitse-prezident təyin edib.

Bu barədə fikirlərini Mia.az-la bölüşən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, Prezidentin bu sərəncamını müsbət qiymətləndirir: 

"Mehriban Əliyeva savadlı, təcrübəli və uzaqgörən siyasətçidir. Onun vitse-prezident kimi mühüm bir posta təyin olunmasını müsbət qiymətləndirirəm. 

Düşünürəm ki, Mehriban xanım etimadı doğruldacaq və ölkənin inkişafı üçün müsbət addımlar atacaq. Hazırda ölkəmizdə kifayət qədər problemlər var. Yəqin ki, ölkədə həyata keçirilən islahatlar bundan sonra daha sürətlə davam etdiriləcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA