Tanınmız jurnalist Mailə Muradxanlı vəfat edib

img

12-06-2010 [11:19]


Tanınmış televiziya jurnalisti, tərcüməçi, dramaturq, publisist, Mailə Muradxanlı bu gecə dünyasını dəyişib. M.Muradxanlı son vaxtlar ağır xəstəlikdən əziyyət çəkirmiş. Müalicə olunmasına baxmayaraq, həkimlər onu həyatda saxlaya bilməyiblər. Mailə Balabəy qızı Muradxanlı 1940-cı il oktyabrın 22-də Salyan şəhərində müəllim ailəsində anadan olub. 1946-cı ildə ailəliklə Bakıya köçüblər. Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbi bitirən M.Muradxanlı 1957-1962-ci illərdə ADU-nun filologiya fakültəsinin jurnalistika bölməsində təhsil alıb. Əmək fəaliyyətinə təyinatla göndərildiyi Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində radionun uşaq verilişləri şöbəsinin kiçik redaktoru (1962-1967) kimi başlayıb. Sonralar ədəbi dram verilişləri baş redaksiyasında, incəsənət, bədii ədəbiyyat şöbələrində müdir (1967-1972), ədəbi-dram verilişləri baş redaksiyasında baş redaktor vəzifəsində işləyib (1972-1994). 1994-cü ildən sonar AzTV-də ədəbi dram verilişləri Baş redaksiyasında baş redactor işləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR