"Ziya Məmmədovun oğlu xaricdə İlham Əliyev əleyhinə kampaniyaya başçılıq edib" - İttiham(Video)

img

16-02-2017 [20:11]


Hafiz Hacıyev həmçinin hazırkı Kənd Təsərrüfatı naziri Heydər Əsədov və ABŞ prezidenti Donald Tramp - Ziya Məmmədov münasibətlərinə dair də açıqlama verdi.

Nəqliyyat nazirliyinin ləğvindən sonra sabiq nazir Ziya Məmmədovun işdən çıxarılması aktual olaraq qalır.Nazirin işini itirməsi cəmiyyətdə birmənalı qarşılamadı. Hətta siyasi arenada belə eks nazirin işdən çıxarılması müxtəlif formalarda dəyərləndirildi. Müasir Müsavat partiyasının sədri Hafiz Hcıyev məsələyə münasibət bildirərkən bir çox maraqlı fikirlər səsləndirdi. Belə ki,partiya sədrinin sözlərinə görə Ziya Məmmədovun oğlu Anar Məmmədov xaricdə Azərbaycan əleyhinə, xüsusən də prezident İlham Əliyev əleyhinə kampaniyaya başçılıq edib. Bununla bağlı çoxlu faktların olduğunu deyən Hafiz Hacıyev məhz elə bu səbəbdən də,prezidentin bu addım atdığını bildirdi. Hafiz Hacıyev həmçinin hazırkı Kənd Təsərrüfatı naziri Heydər Əsədov və ABŞ prezidenti Donald Tramp - Ziya Məmmədov münasibətlərinə dair də açıqlama verdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA