“Bununla bağlı istintaq gedir” - Arif Əsgərov 48 milyonluq maxinasiyadan danışdı

img

16-02-2017 [16:15]


Ləğv edilən Nəqliyyat Nazirinin müavini Arif Əsgərovun istintaqa çağrıldığı və həbsinə hazırlıq getməsi ilə bağlı KİV-lərdə məlumat yayılıb.

Mia.az xəbər verir ki, məsələ ilə bağlı unikal.org-a açıqlama verən A.Əsgərov deyib ki, onu istintaqa çağırmayıblar: "İstintaqa çağrılmamışam. Bu nə xəbərdir yazılıb? Bu cür söz-söhbətlərin əsası yoxdur”.

Sabiq nazir müavini vaxtilə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) marketinq şöbəsinin rəisi olmuş, baldızı oğlu Rahib Hüseynovun 48 milyonluq mənimsəmədə ittiham olunaraq həbs edilməsinə də münasibət bildirib: 

"Bununla bağlı istintaq gedir. İstintaq məsələ ilə bağlı öz sözünü deyəcək. Mən nə deyə bilərəmki? İstintaqda adigedən şəxs mənim qohumumdur. Amma bu məsələnin mənə heç bir aidiyyatı yoxdur”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA