"O zamankı daxili işlər naziri və Ayaz Mütəllimov..." - Xanlar Vəliyevdən Xocalı soyqırımı haqda açıqlama

img

16-02-2017 [12:07]


"Bu qara ləkədən müəyyən qədər pay həmin dövrdə Azərbaycana rəhbərlik edən adamların üzərinə düşür. Xocalı faciəsi nəticəsində 613 nəfər azərbaycanlı qətlə yetirilib. Amma o zamankı daxili işlər naziri və Azərbaycanın prezidenti Ayaz Mütəllimov məişət mübahisəsi zəminində cəmi iki nəfərin qətlə yetirildiyini demişdilər”. 
 
APA-nın məlumatına görə, bunu Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev "Soyqırım muzeyi” kitab-albomunun təqdimatında deyib.
 
X. Vəliyev bildirib ki, Xocalı faciəvi hadisələrin pik həddi oldu: "Xocalı faciəsinin baş verməsində həmin dövrdə Azərbaycana rəhbərlik edən adamların da günahı var idi. Bu faciədən sonra dünyanın müxtəlif mətbuat orqanlarından nümayəndələrin Azərbaycana gəlməsinə baxmayaraq, yenə də Azərbaycan bu faciəni dünyaya sübut etmək üçün böyük əziyyət çəkdi”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA