Bakı dünyanın iki nəhəng dövlətinin mərkəzində: "ABŞ və Rusiya ordularının şefləri Bakıda görüşəcək" (VİDEO)

img

15-02-2017 [19:57]


Rusiya Müdafiə Nazirliyi Rusiya və ABŞ Silahlı Qüvvələri Baş Qərargah rəislərinin sabah Bakıda keçirəcəkləri görüş barədə məlumat yayıb.

Rusiya Müdafiə Nazirliiyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 16-da Azərbaycan paytaxtında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danfordla görüşü planlaşdırılır.

"Razılaşdırılmış gündəlikdə duran məsələlərə Rusiya və ABŞ arasında hərbi qarşılıqlı fəaliyyətin hazırkı vəziyyəti və perspektivləri, eləcə də tərəflərin hərbi fəaliyyəti ilə bağlı insidentlərin qarşısının alınmasının müzakirəsi daxildir. Bundan əlavə, dünyanın böhranlı regionlarında təhlükəsizlik sahəsində vəziyyət barədə fikir mübadiləsinin aparılacaq",- deyə məlumatda bildirilib.

****

ABŞ-ın Silahlı Qüvvələrinin baş qərargah rəisi Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeriy Qerasimov sabah Bakıda görüşəcəklər.
 
Bu barədə RİA "Novosti" Pentaqonun mətbuat xidmətinə istinadən məlumat yayıb.
 
Görüşdə Rusiya və ABŞ arasında hərbi sahədə münasibətlərin hazırkı səviyyəsi müzakirə olunacaq.
 
Qeyd olunur ki, görüş zamanı müxtəlif spektrli məsələlər nəzərdən keçiriləcək. Konkret olaraq tərəflər potensial böhranların və yanlışlıqların qarşısının alınması üçün hərbçilər arasında daimi və aydın ünsiyyətin vacibliyini müzakirə edəcəklər.
 
Xatırladaq ki, Rusiya və ABŞ hərbçiləri arasında Suriya hava məkanında insidentlərin qarşısının alınması üzrə birbaşa xətt var. Tərəflər bu mexanizmin effektiv işlədiyini bildirirlər. 

 


APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA