"Münaqişənin nə dərəcədə ağır və çətin olduğunu gözlərimizlə gördük" - Cocuq Mərcanlıya gedən rus səfir

img

15-02-2017 [17:16]


"Buraya baş verənlər haqqında məlumat almaq üçün, peşəkar məqsədlə gəlmişik və məqsədimizə nail olduq".

Bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycanda qeydiyyatdan keçmiş diplomatik missiya rəhbərlərinin erməni işğalından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini ziyarəti zamanı deyib.

Onun sözlərinə görə, bu kəndə səfər etmək nümunəvi addımdır: 

"Burada emosional məqam da var. Çünki Dağlıq Qarabağ münaqişəsinin nə dərəcədə ağır və çətin olduğunu gözlərimizlə növbəti dəfə gördük. Münaqişə haqqında oxumaq, eşitmək başqadır, hər şeyi öz gözlərinlə görmək, insanlarla danışmaq başqa. Bu mənada bu, bizim üçün daha bir siqnaldır. Hər halda, mən özüm üçün müəyyən nəticə çıxardım. Rusiya bu münaqişənin sülh yolu ilə həlli üçün səylərini davam etdirəcək". 

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA