"Bu cür vətən xainlərinə qarşı mübarizə aparmalı, qətiyyətli olmalıyıq” - Siyavuş Novruzov

img

14-02-2017 [14:12]


Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov Şahin Mirzəyevin Ermənistandan sığınacaq istəməsinə münasibət bildirib.
 
APA-nın məlumatına görə, S. Novruzov Milli Məclisin bu gün keçirilən iclasında bildirib ki, Ş. Mirzəyev Milli Şuranın üzvü olub.
 
"Yadınızdadırsa, Milli Şura adlı bir dərnək var, bu adam oranın üzvüdür. O, Azərbaycanda 2013-cü ildə keçirilən prezident seçkilərində Milli Şuranı dəstəkləyib, indi də Ermənistandan sığınacaq alıb. Kimlərin satqın olduğu aydın görünür. Satqınlar Azərbaycana rəhbərlik etmək eşqinə düşüb. Onların ətrafında olanlar bu gün böyük məmnuniyyətlə Ermənistan vətəndaşlığını qəbul etmək istəyənlərdir. Bu cür vətən xainlərinə qarşı mübarizə aparmalı, qətiyyətli olmalıyıq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA