İlham Əliyevdən Almaniya prezidentinə məktub: "Ümidvaram ki, bundan sonra da birgə səylər göstərəcəyik"

img

13-02-2017 [12:57]


Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının yeni seçilmiş prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu göndərib.
 
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat verib.

Təbrik məktubunda deyilir:

 "Hörmətli cənab Ştaynmayer!
 
Almaniya Federativ Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
 
Biz Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasındakı münasibətlərə böyük əhəmiyyət veririk. Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, ölkələrimiz arasındakı ikitərəfli və çoxtərəfli qaydada sıx əməkdaşlıq bu gün dinamik şəkildə inkişaf etməkdədir.
 
Ümidvaram ki, dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın bütün sahələrdə müvəffəqiyyətlə davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
 
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA