Elmar Məmmədyarov gürcü nazirlə görüşdü – Müzakirə + FOTO

img

10-02-2017 [21:09]


Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın ədliyyə naziri Tea Tsulukianin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Mia.az XİN-ə istinadən xəbər verir ki, görüş zamanı dost və qonşu dövlətlər olan Azərbaycan və Gürcüstan arasında tərəfdaşlığın hərtərəfli inkişafından məmnunluq ifadə olunub.

Tərəflər ölkərimizin ədliyyə, penitensiar və notarial xidmətlər sahəsində uğurlu əməkdaşlığı və qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA