"Rusiya XİN ona görə ikili standartlara yol verir ki,..." - Fond prezidenti

img

10-02-2017 [20:29]


"Blogger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası Azərbaycan diplomatiyasında müsbət haldır".

Mia.az xəbər verir ki, bu sözləri Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov "Olaylar"a bildirib.

Onun sözlərinə görə, Lapşinin ekstradisiyası o deməkdir ki, bunun üçün Azərbaycanın hüquq mühafizə orqanları  tərəfindən kifayət qədər hüququ əsaslar ortaya qoyulub:

"Belə olan halda, Lapşinin cinayət məsuliyyətinə cəlb edilməsində qeyri-adi heç nə yoxdur. Onun günahkar olduğu hüquqi əsaslarla müəyyən edilib. Azərbaycan bu əsaslar nəticəsində insanın günahkar olduğunu obyektiv şəkildə  sübut etmiş oldu. Çünki, Avropanın hüquq sistemində bunu sübut etmək çox çətindir.

Lapşin etdiyi hərəkətin qanunsuz olduğunu və onun hansı nəticələrə gətirib çıxaracağını bilirdi. Çünki, Lapşin özü sosial şəbəkələrdə cinayət etdiyini və bununla qürur duyduğunu etiraf etmişdi. O, cinayətkardır. Cinayətkar qanun qarşısında cavab verməlidir.

Rusiyanın Dilqəm Əsgərovla məsələyə Lapşin qədər diqqət etməməsində  Rusiya Xarici İşlər Nazirliyi blogger Aleksandr Lapşinin məsələsində ikili standartlara yol verib. Rusiya XİN ona görə ikili standartlara yol verir ki, onlar Rusiya Federasiyasının vətəndaşı olan Dilqəm Əsgərovun ermənilər tərəfdən saxlanılması məsələsini qaldırmır. Belarus Ədliyyə Nazirliyi isə borcunu vicdanla yerinə yetirərək Rusiya XİN-ə ölkə vətəndaşlarını qorumaqla bağlı konstitusion vəzifəsini xatırladıb. Lapşinin məsələsinə baxılarkən həm də Dilqəm Əsgərovun məsələsinə baxmaq lazım idi.

Bu məsələni siyasiləşdiərək Rusiya ilə Azərbaycan arasındakı münasibətləri korlamaq cəhdi edənlər də olacaq. Buna qətiyyən yol vermək olmaz.

Əlbəttə Aleksandr Lapşinin Azərbaycana qaytarılması Azərbaycan dövlətinin, şəxsən Prezdent İlham Əliyevin yüksək beynəlxalq nüfuzunun göstəricisidir. Həm də bu, Belarusiya-Azərbaycan arsasındakı möhkəm dostluq münasibətlərinə söykənir.  

Lapşinin Azərbaycana qaytarılması Azərbaycan diplomatiyasının qələbəsidir: İrəvanda da artıq Ermənistanın Azərbaycan diplomatiyasına uduzduğunu etiraf etməyə başlayıblar. Lapşinin Azərbaycana ekstradisiyası və məhz Azərbaycan qanunlarına uyğun mühakimə olunması həm də Azərbaycanın işğal altındakı torpaqlarına qeyri-qanuni səfərlər edən şəxslərə də ciddi bir mesaj oldu. Çünki, bundan sonra kim Azərbaycan dövlətinin rəsmi icazəsi olmadan ölkəmizin ərazisinə daxil olarsa onları da  Lapşinin taleyi gözləyir. Prezident İlham Əliyev prinsipial, ardıcıl, düşünülmüş siyasət həyata keçirir, beynəlxalq arenada Azərbaycanın mənafelərini cəsarətlə və qətiyyətlə müdafiə edir, öz qərarlarında xalqın tam və hərtərəfli dəstəyinə arxalanır, onların reallaşdırılması üçün ciddi iradə və əzm nümayiş etdirir".



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA