09-02-2017 [20:49]
"Ermənistan işğal etdiyi Azərbaycanın suveren ərazisi olan Dağlıq Qarabağ və yeddi ətraf rayonlarından ordusunu çıxartmalı və beynəlxalq hüququn prinsiplərinə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etməlidir. Yerevan status-kvo-dan əl çəkməli və Azərbaycan rəhbərliyi ilə danışıqlara başlamalıdır".
Mia.az xəbər verir ki, bu sözləri beynəlxalq münasibətlər üzrə tanınmış Amerikalı ekspert Peter Tase "Eurasia Diary"-yə özəl müsahibəsində deyib.
P. Tase Dağlıq Qarabağ münaqişəsi, ABŞ-ın yeni prezidenti Donald Trumpın Cənubi Qafqaz siyasəti və digər maraqlı məsələlər barədə sualları cavablandırıb.
Həmin müsahibəni təqdim edirik.
Eurasia Diary: Tramp admnistrasiyasının Cənubi Qafqaz və Şərqi Avropa üzrə xarici siyasətini necə görürsüz?
Peter Tase: Ağ Evin NATO, Avropa İttifaqı, Çin və Cənubi Şərqi Asiya regionuna qarşı sərt siyasət aparacağı gözlənilir. Azərbaycan və Xəzər dənizi ətrafında yerləşən ölkələrə gəlincə isə, bu regionlarla bağlı ABŞ Dövlət Departamentindən son iki həftə ərzində heç bir bəyanat verilməyib. Azərbaycan və ABŞ arasında tarixi əməkdaşlıq gücləndirilməli və iqtisadi, ticarət, mədəniyyət sahələrində əlaqələr inkişaf etməlidir.
Eurasia Diary: Sizin fikrinizcə, Cənubi Qafqaz və Şərqi Avropa ilə bağlı olan məsələlərdə Respublikaçılar və Demokratlar hansı fərqli siyasi mövqeyi sərgiliyirlər?
Peter Tase: Respublikaçı prezidentin hakimiyyəti dövründə Ağ Evdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün geniş imkanlar olacaq. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyünə və Cənubi Qafqazda sabitliyin və sülhün təmin edilməsinə uyğun həll edilməlidir. Donald Trampın prezidentliyi dövründə Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin səmərəli həllinə diqqət ayıracaq. Ümid edirəm ki, Prezident Tramp Dövlət Departamentində uzunmüddətli münaqişənin ədalətli həll olunması üçün Azərbaycan xalqının maraqlarına və Qafqaz regionunda sülh və sabitliyin gücləndirilməsinə xidmət edən ekspertlər qrupu yaradacaq.
Donald Trampın prezidentliyi dövründə erməni Lobbisinin və ermənipərəst şirkətlərin ABŞ-ın xarici siyasətində təsirinin azalmasına şahidi olacağıq.
Eurasia Diary: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli barədə nə deyə bilərsiniz?
Peter Tase: Bu barədə üç önəmli məsələyə diqqət ayırmaq lazımdır. Birincisi, Ermənistan Respublikası işğal etdiyi Azərbaycanın suveren ərazisi olan Dağlıq Qarabağ və yeddi ətraf rayonlardan ordusunu geri çəkməli və beynəlxalq hüququn prinsiplərinə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etməlidir. İkincisi, Yerevan status-kvo-dan əl çəkməli və Azərbaycan rəhbərliyi ilə danışıqlara başlamalıdır. Sərkisyan höküməti ölkəsindəki korrupsiyaya və bir sıra cinayətlərə qarşı mübarizəyə diqqət ayırmalı və ən əsası erməni xalqının uzun müddət üzləşdiyi daxili problemlərə kölgə salan Dağlıq Qarabağ münaqişəsindən vasitə kimi istifadə etməməlidir. Üçüncüsü, ATƏT, Avropa İttifaqı və digər müxtəlif beynəlxalq təşkilatlar Qafqaz regionunda sülh və sabitliyin təmin edilməsi üçün aktiv rol oynamalı və Beynəlxalq hüququn prinsiplərini müdafiə etməli, tərəfləri danışıqlara cəlb etməlidirlər.
Eurasia Diary: Gürcüstan Cənubi Qafqazda ABŞ-ın güclü müttəfiqidir. Tramp administrasiyanın Gürcüstanla bağlı xarici siyasəti necə olacaq?
Peter Tase: Vaşinqton və Tbilisi arasında iqtisadi əməkdaşlıq və siyasi dialoq inkişaf edir. Yaxın gələcəkdə prezident Donald Tramp və ya ABŞ-ın vitsa prezidentinin Gürcüstana səfəri gözlənilir. Gürcüstan ABŞ-ın və terrorizm və bir sıra cinayyətlərə qarşı mübarizə aparan Beynəlxalq Koalasiyanın əsas müttəfiqidir. Azərbaycan kimi, Gürcüstan da ABŞ-ın etibarlı tərəfdaşıdır. ABŞ-ın bir sıra institutları həm Azərbaycana, həm də Gürcüstana xeyir verən layihələr hazırlayıblar.
Eurasia Diary: Ukrayna prezidenti Petro Poroşenko ABŞ və NATO-ya üzv olan digər ölkələrin qoşunlarının Ukraynada təlim keçməsi haqqında sərəncam imzalayıb. Siz hesab edirsinizmi ki, Prezident Poroşenkonun bu hərəkəti Rusiyanı Şərqi Ukraynaya daha çox müdaxilə etməyə sövq edəcək?
Peter Tase: ABŞ və NATO qoşunlarının Ukraynada olması Rusiyanı sərt siyasət yeritməyə və Baltikyanı ölkələrlə, Ukrayna ilə sərhəd ərazilərdə hərbi təlimlər həyata keçirməyə sövq edəcək. Prezident Poroşenkonun NATO və ABŞ qoşunlarının Ukraynada yerləşdirməsi doğru hərəkət deyil, çünki Ukrayna Rusiya ilə sərhəd ölkədir və ən əsası ABŞ hərbi qüvvələri dünyanın digər münaqişələrində iştirak edir. Rusiyanın Ukraynaya mümkün olan müdaxiləsinə Qərb tərəfindən ciddi cavab verilməyəcək.
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
Bakıda qardaş qardaşı güllələyib
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL
Tramp: "Güman edirəm ki, tezliklə razılaşma olacaq" - "İran ABŞ-a 20 neft tankeri hədyyə edib"
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi