AŞPA Bakıda xüsusi iclas keçirəcək

img

08-02-2017 [15:35]


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsi Bakıda iclas keçirəcək

Bu barədə Report AŞPA-nın rəsmi saytına istinadən xəbər verir. Məlumata əsasən, iclas martın 15-16-da Milli Məclisdə baş tutacaq.

İclas zamanı iştirakçılar AŞPA məruzəçisi Sezar Florin Predanın "Qaçqınlarla bağlı fövqəladə vəziyyətlərin maliyyələşdirilməsinin təkmilləşdirilməsinin mümkün yolları” mövzusundakı məruzəsini, eləcə də Avropada miqrasiya məsələləri ilə bağlı ən aktual nüansları müzakirə edəcəklər.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA