“Cocuq Mərcanlı ilə bağlı pilot layihə olacaq...” - XİN rəsmisindən açıqlama

img

07-02-2017 [19:56]


"Beynəlxalq təşkilatlar və vasitəçilər 20 ildən artıqdır Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olsalar da, işğal altındakı torpaqlar hələ də azad edilməyib. Amma bu gün Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində məcburi köçkünlərin işğaldan azad olunmuş əraziyə təhlükəsiz şəraitdə geri qayıtması təmin olunur. Artıq münaqişədə konsepsiyadan əməli işə keçməyin vaxtıdır".

Mia.az AzərTAC-a istinadən xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev fevralın 7-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edən media nümayəndələrinə müsahibəsində deyib.

"Hesab edirik ki, dövlət başçısının Sərəncamı ilə Cocuq Mərcanlının bərpası istiqamətində həyata keçirilən bu layihə məcburi köçkünlərin doğma yurda qayıdışı prosesində bir pilot layihə olacaq və beynəlxalq təşkilatlar tərəfindən də nəzərə alınacaq. Azərbaycan Prezidentinin təşəbbüsü və iradəsi ilə həyata keçirilən layihə beynəlxalq ictimaiyyət tərəfindən də dəstəklənir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və digər beynəlxalq strukturlar bu məsələ ilə əlaqədar qəti iradələrini ortaya qoyublar”, - deyə Hikmət Hacıyev bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA