Şəhidimizin nəşi alınarkən erməni zabit huşunu itirərək yıxılıb - Deputatdan maraqlı açıqlama

img

07-02-2017 [18:51]


Fevralın 5-də Ermənistan-Azərbaycan sərhəddində şəhid Çingiz Qurbanovun nəşi düşmən tərəfdən alınarkən maraqlı hadisə baş verib.

Mia.az xəbər verir ki, bu barədə deputat Aydın Mirzəzadə "Feysbuk"dakı səhifəsində yazıb.

Onun sözlərinə görə, tərəflər nəşi almaq üçün üzbəüz durarkən Ermənistan silahlı qüvvələrnin zabiti həyacandan huşunu itirərək yıxılıb:

"O, ya aprel döyüşlərinin iştirakçısı olub, ya da həmin döyüşlər barədə zabit həmkarlarından eşidib. Hər iki halda Azərbaycan ordusunun xofu hətta erməni hərbçilərinin düşüncəsində belə çox ciddi oturub".



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA