07-02-2017 [14:55]
Azərbaycan prezidenti İlham Əliyev fevralın 6-da Brüsselə səfəri zamanı Avropa Parlamentinin sədrindən başqa (görüşdən imtina həmin gün Avropa Parlamentində Azərbaycanda insan haqları və demokratiya ilə bağlı dinləmələrin keçirilməsinə etirazın forması idi) Avropa İttifaqının strukturlarına rəhbərlik edən bütün şəxslərlə görüşdü. Bu sıraya Avropa İttfaqının prezidenti Donald Tusku, Avropa İttifaqının baş komissarı Jan-Klod Yunkeri, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçi və digər vitse-prezidenti, o cümlədən qurumun xarici siyasət məsələlərinə cavabdeh Federika Mogerini göstərmək olar.
Mia.az xəbər verir ki, "Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, prezident İlham Əliyevin Brüssel səfərini bir neçə aspektdən qiymətləndirmək olar:
"Birincisi, İlham Əliyevin Brüsselə səfəri Azərbaycanla Avropa İttifaqı arasında strateji sazişlə bağlı sənədin hazırlanmasına start verdi. Hər iki tərəfdən nümayəndə heyətləri danışıqlara başladı. Məsələ burasındadır ki, Avropa İttifaqı Ukrayna, Gürcüstan və Moldova ilə assosiativ saziş imzalayıb və əməkdaşlıq bu sazişlər çərçivəsində həyata keçirilir. Bu sırada Avropa İttifaqı Gürcüstan və Ukrayna vətəndaşlarına tətbiq etdiyi vizanı ləğv edib.
Azərbaycan Avropa İttifaqı ilə assosiativ saziş imzalamadığından Brüssellə münasibətlərin perspektivini müəyyənləşdirilməli idi. Ona görə də rəsmi Bakı təxminən bir il əvvəl Brüsselə assosiativ sazişdən fərqli – strateji əməkdaşlıq sazişi imzalamağı təklif etdi. Rəsmi Bakının arqumenti bundan ibarət idi ki, Azərbaycanın Avropa İttifaqına üzv olan 9 ölkə ilə artıq strateji tərəfdaşlıq sazişi var, oxşar sazişi bütövlükdə Avropa İttifaqı ilə də imzalamağa hazırdır. Aydındır ki, bu sənədin hazırlanması xeyli vaxt aparacaq, tərəflərdən hər birinin şərtləri olacaq. Buna baxmayaraq, İlham Əliyevin Brüsselə səfəri o deməkdir ki, rəsmi Bakı bu sənədin imzalanması müddətini qısaltmağa hazırdır.
İkincisi, Brüssellə strateji sazişin imzalanması rəsmi Bakıya həm də ona görə vacibdir ki, Avropa İttifaqı Azərbaycan qazının əsas alıcısı olacaq. İlham Əliyev Brüsseldəki danışıqların hər birində "Cənubi Qaz Dəhlizi” layihəsinə xüsusi önəm verirdi. Bu layihənin dəyəri 40 milyard dollardır. Azərbaycan prezidentinin də Brüsseldə vurğuladığı kimi, bu, enerji təhlükəsizliyi və enerji diversifikasiyası layihəsidir. Bu, nəinki dəhlizlərin, həm də mənbələrin diversifikasiyası deməkdir. "Cənub Qaz Dəhlizi” layihəsinin Avropa İttifaqı üçün böyük əhəmiyyətə malik olduğunu Federika Mogerini də İlham Əliyevlə görüşdə söylədi.
O, bu layihənin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və qaz təchizatının şaxələndirilməsində mühüm rolunu qeyd edərək Avropa İttifaqının bu layihənin reallaşmasına bundan sonra da dəstək verəcəyini vurğuladı. TAP və TANAP boru xətlərinin inşası bitikdən sonra Azərbaycan qazının əsas alıcıları məhz Avropa İttifaqı ölkələri olacaqlar. Buna görə də rəsmi Bakı qazın Avropaya çatdırılana qədər Brüssellə strateji əməkdaşlıq sazişini imzalamalıdır ki, həmin sənəddə Azərbaycanla Avropa İttifaqı arasında enerji əməkdaşlığı da öz əksini tapsın.
Üçüncüsü, Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi başa çatmaq üzrədir. Bu dəmir yolu ilə daşınacaq yüklərin də əsas ünvanı Avropa İttifaqı ölkələri olacaq. Təsadüfi deyil ki, İlham Əliyev Brüsseldəki görüşlərində bu dəmir yolunun vacibliyi haqqında da fikirlər söylədi. İmzalanacaq sənəddə Avropa üçün Azərbaycanın tranzit ölkə statusunun vurğulanması da rəsmi Bakının maraqlarına cavab verir.
Dördüncüsü, Avropa İttifaqı ölkələri Azərbaycanın əsas ticarət tərəfdaşlarıdır. Statistika da bundan xəbər verir. Hazırda Azərbaycan post-neft dövrünü yaşayır. İlham Əliyev qeyri-neft məhsullarının inkişafına xüsusi əhəmiyyət verir və bunu hökumətin hər toplantısında vurğulayır. Ancaq istehsal olunan və olunacaq qeyri-neft məhsulları üçün bazarlara çıxış vacibdir. Avropa İttifaqı geniş bazardır. Ona görə də Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq sənəddə ticarət münasibətləri də əkisini tapmalıdır. Ancaq bundan əvvəl Azərbaycan Dünya Ticarət Təşkilatının üzvü olmalıdır. Bu məsələ Brüsseldəki görüşlərdə Azərbaycan tərəfinin diqqətinə bir daha çatdırıldı. Ona görə də rəsmi Bakı 2017-ci ildə Dünya Ticarət Təşkilatına üzvlük danışıqlarını sürətləndirməlidir. Əgər bu olmazsa, Bakı ilə Brüssel arasında strateji sazişin hazırlanması prosesi də ləngiyəcək.
Beşincisi, Avropa İttifaqı ilə imzalanacaq sənəddə insan haqları və demokratiya mövzularına da diqqət yetiriləcək. Təsadüfi deyil ki, Donald Tusk İlham Əliyevlə birgə mətbuat konfransında Azərbaycan prezidenti ilə bu mövzular ətrafında da fikir mübadiləsi apardığını dedi. Avropa İttifaqı ilə strateji əməkdaşlıq sazişi imzalandıqdan sonra Azərbaycan hakimiyyəti söz və fikir azadlığı məsələlərinə həssas yanaşmaq məcburiyyətindədir. Əks halda Avropa İttifaqının müxtəlif institutları daima Avropa komissarlarına təzyiq edəcəklər ki, rəsmi Bakıya təsir etsinlər".
Politoloqun sözlərinə görə, Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsi imkanları rəsmi Bakının əlindədir:
"Rəsmi Bakı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyi vədini verərsə, Azərbaycan Avropa İttifaqı ilə arasındakı məsafəni qısaldacaq. Məsələn, Gürcüstan bu istiqamətdə atdığı addımlar sayəsində Avropa İttifaqının gürcülərə tətbiq olunan vizanın ortadan qaldırılmasına nail oldu. Azərbaycanın da eyni yanaşmaya ehtiyacı var".
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
Bakıda qardaş qardaşı güllələyib
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL
Tramp: "Güman edirəm ki, tezliklə razılaşma olacaq" - "İran ABŞ-a 20 neft tankeri hədyyə edib"
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi