Sabiq nazir Tofiq Qasımovun siyasətə qatılmamasının sirri: "O xof indi də ailəni təqib edir”

img

07-02-2017 [13:44]


"Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin önəmli fiqurlarından biri, uzun illərdir xaricdə - İsveçrədə yaşayan sabiq xarici işlər naziri, Tofiq Qasımovun bundan sonra qətiyyən siyasətə qarışmaq kimi bir niyyəti yoxdur".

Mia.az xəbər verir ki, bu haqda Modern.az saytına İsveçrədə mühacirətdə yaşayan tanınmış jurnalist Elbəyi Həsənli məlumat verib.

Onun sözlərinə görə, 13 ildir İsveçrədə yaşasa da, bir dəfə də Tofiq Qasımovla görüşə bilməyib. E. Həsənli bununla belə, keçmiş xarici işlər naziri haqqında müəyyən məlumatlar da verib.

Jurnalist bildirib ki, T. Qasımovun ailəsi onun üstündə yarpaq kim əsir: "Ailəsi istəmir ki, Tofiq müəllim siyasətə qarışsın. Çünki Tofiq bəy siyasətə qarışdığı vaxtlar ailəsi hədsiz əzab-əziyyət çəkib. O xof indi də ailəni təqib edir”. 

Onun fikrincə, Müsavat Partiyasının rəhbərliyi T. Qasımovu çoxdan unudub: 

"Ola bilər ki, bu amil də onun susqunluğuna təsir göstərib. Bildiyim qədər, arada-sırada İsgəndər Həmidov onunla telefon əlaqısi saxlayır. O, 1938-ci ildə anadan olub. Yaşı 80-ni haqlayır. İsveçrədə 65 yaşında kişilər təqaüdə çıxır. Ola bilər ki, indi alim kimi nəyi isə hələ də araşdırır”.  


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA