"Üstümə 100 “bandit” gəlsə belə..." - Heydər Əsəsdova ittiham

img

06-02-2017 [14:30]


Azərbaycanın Hollandiyadakı eks konsulu Nahid Cəfərov Meydan tv-yə müsahibəsində bildirib ki, o, 2013-cü il prezident seçkilərindən öncə prezident İlham Əliyevə ölkədə islahatlarla bağlı yox xəritəsi planı yazıb göndərib. Bu plan bir sıra Avropa dövlətləri tərəfindən də dəstəklənib. Onlar bildirib ki, planda olan məsələlər icra edilsə Avropa dövlətləri Azərbaycan hakimiyyəti ilə sıx əlaqələr yaradacaqlar.

Məsələ ilə bağlı Moderator.az -a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirdi ki, həmin sənəd prezidentə verilməyib: "Azərbaycanı daxildə də xaricdə də sevən çoxlu insanlar var. Bu şəxslər hər zaman ölkə üçün nəsə etməyə çalışır, bu niyətlərini prezidentə bildirirlər. Amma göründüyü kimi prezidentin satılmış ətrafı bunu etmir. Biz nə edə bilərik ki, bəxtimizə bu cür satılmış komandadan ibarət məmurlar düşüb. Bu şəxslər ölkənin xeyrinə olacaq heç bir sənədi prezidentə çatdırmağa imkan vermirlər. Şəxsən bizim partiyamızın bütün sahələri əhatə edən konsepsiyası var. Amma bunu prezidentə təqdim edə bilmirik. Sehirli bir dairə cızıblar, bu dairəni keçmək mümkün deyil. Nahid Cəfərovun prezidentə göndərdiyi sənəd ünvanına çatmayıb. Bunu bilərəkdən ediblər. Mən sevinirəm ki, artıq ölkə xaricində olduğu kimi daxildə də rüşvətxorlara qarşı etiraz var. Deputat Yevda Abramov məmurların xarici banklarda olan milyonları barədə açıqlama verməsi lap yerinə düşdü. Mən Hafiz Hacıyev 2 ildir ki, bunu deyirdim. Mən hazırda rayonlarda müşavirədəyəm, hamı qardaşım prezident İlham Əliyevə dəstəyini ifadə edir. Hamı nazirlərdən narazıdır, mən çalışacam bütün fikirlərimi qardaşıma çatdırım. Partiyamız mart ayının sonlarına qədər gözləyəcək. Bundan sonra isə ölkədə mitinqlərə başlayacağıq. Mənə qarşı artıq kampaniyaya start verilib. Heydər Əsədovun maliyələşdirdiyi politica.az saytında mənə qarşı hücumlar başlanıb, guya ki, mən ondan torpaq istəmişəm. Bütün bu şər və böhtanlar çox gülüncdür. Əsədov adamlarını göndərib mənimlə əməkdaşlıq eləmək istədiyini bildirib. Təbii ki, mən bunu qəbul etməmişəm. Mən həmişə prezidentimə və xalqıma xidmət edəcəm. Əsədov kimi 100 "bandit” gəlsə belə üstümə məni yolumdan döndərə bilməzlər. Bunlar istəyir ki, xalq qiyam qaldırsın. Bu cür insanlar daxildən və xaricdən gələn təklifləri boğmaqla məşğuldur. Nahid Cəfərova burdan demək istəyirəm ki, biz burdan səsimizi prezidentə çatdıra bilmirik, onun Qərbdən bunu etməsi daha çətindir. Sonda fikirimi bitirib demək istəyirəm ki, məmurlar dövlətçiliyimizə Ramil Usubov kimi xidmət etməlidir.”

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA