Azərbaycanlılarla gürcülər birgə aksiya keçirdi, qarşıdurma yarandı - Yaralananlar var

img

02-02-2017 [23:50]


Gürcüstanın Rustavi şəhərində fəaliyyət göstərən "Rustavi Azot" müəssisəsinin qarşısında etiraz aksiyası keçirilib.

Aksiya iştirakçıları olan gürcü və azərbaycanlılar "Rustavi Azot”da işdən azad olunmalarına etiraz ediblər. 

Tədbirə həmkarlar təşkilatları və  Rustavi Tələbələr Assosiasiyasının üzvləri olan  tələbələr, habelə Vahid Milli Hərəkat partiyasının üzvləri qatılıblar. Aksiya iştirakçıları müəssisə rəhbərliyindən onları yenidən işə bərpa etmələrini tələb ediblər.

Etirazçılar "Buradan rədd olun!”, "Gedin!” kimi şüarlar səsləndiriblər. 

Sonda etirazçılar müəssisənin binasına daxil olmağa cəhd ediblər. Aksiya keçirilən əraziyə yol-patrul xidməti əməkdaşları gəliblər. Etirazçılar ikinci cəhddə müəssisənin binasına daxil olublar.  Nəticədə qarşıdurma  baş verib və iki nəfər həmkarlar təşkilatının üzvü xəsarət alıb. Hadisə yerinə təcili yardım maşını gəlib.

Aksiya iştirakçıları etirazlarını davam etdirəcəklərini bildiriblər.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA