"Ölkə prezidenti çox ciddi tələblər ortaya qoyur və ciddi təhlilər verir. Amma o tələbləri yerinə yetirən komanda yoxdur”.
Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda məmurlara xəbərdarlığın PİA.AZ-a şərh edərkən deyib.
Xəbər verdiyimiz kimi prezident məmurlara yenə xəbərdarlıq etdi. Dövlət başçısı bildirib ki, məmurlar rüşvətxorluqla məşğul olmamalıdır: "Mən hər bir məmuru təyin edəndə deyirəm ki, get düzgün işlə, xalqa xidmət et. Təəssüf ki, bəziləri nəticə çıxarmır, nəticədə cəzalandırılırlar. Biz "Asan Xidmə”i yaratdıq, hələ bir şikayət etməmişəm. Bu, ictimai xidmətlər sahəsində yenilikdir. Bu, həm bizim iradəmizi göstərir, həm də bunu etməyin mümkünlüyünü göstərir. Hər şey məmurlardan asılıdır. Məmurlar işlərində nöqsana yol verərlərsə, cəzalandırılacaqlar”.
Mövzu ilə bağlı pia.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə müraciət edib.
Partiya sədri qeyd edib ki, Prezidentin tələblərin yerinə yetirmək üçün prezidentə onu sevən bir komanda lazımdır. Amma çox təəsüf ki, prezidentin ətrafında belə bir komanda yoxdur: "Demək olar ki, cənab prezident bütün müşavirələrində məmurlara xəbərdarlıq edir. Bütün iclaslarda məmurların xalqa etdiyi haqsızlıqlar, zülmlər, rüşvət toplanması, rayon icra hakimiyyətlərinin özbaşınalığı, nazirlərin işi bacara bilməmələri barədə dəfələrlə xəbərdarlıq edilib. Prezident xəbərdarlıq edir, amma çox təəsüf ki, o xəbərdarlıqdan nəticə çıxarmırlar. Artıq xəbərdarlıq etmə kvotası da dolubdur. Mən düşünürdüm ki, cənab prezident son müşavirədə bir neçə naziri elə ordaca həbs etdirəcək. Amma bunu görə bilmədik. Həmçinin xalqın da arzusu bu idi ki, prezidentin qərarların sapataj edən, heç bir nəticə çıxarmayan, sahibkarları incidib onların milyonların əlindən alıb yeyən və bu gün sahibkarları şərləyib tutduran məmurlar haqqında qəti tətbir görülsün. Amma çox təəsüf ki, hələlik bu baş vermir. Bu proses baş vermədikcə də ölkədə özbaşınalıq, qanunsuzluq baş alıb gedəcək.
Artıq məmurlarımızda utanan üz qalmayıb. Onların çoxu müşavirədən çıxandan sonra gülüb hamısı bir-birinə deyirlər ki, hələlik üç ay da öz bildiyimiz kimi edə bilərik. Yəni gələn müşavirə qədər öz yerimizdə olacağıq. Prezidentin dediyi tənqidlərdən məmurlar heç bir nəticə çıxarmır. Ölkə prezidenti çox ciddi tələblər ortaya qoyur və ciddi təhlilər verir. Amma o tələbləri yerinə yetirən komanda yoxdur. Prezident istəyir ki, ölkəsin birinci yerə çıxarsın, amma preizdentin komandası qocalmış və rüşvətə bulaşmış insanlardan ibarətdir. Buna görə də onlara artıq prezidentin sözləri təsir etmir. Məmurlara tənqidin təsir etməməsinə görə də mən bu komandadan heç bir yaxşı nəticə gözləmirəm.
Bildiyimiz kimi yanvar ayı üçün "Yol xəritəsi” tərtib edilmişdi, amma bu gün icra olunmasınan belə səs yoxdur. Bu planlar kimi müşavirdə nazirlərin danışdıqları da yalandır. Prezidentin müşavirəsindən sonra nazirlər plenar iclaslar keçirdi. Bu iclaslarda biz gördük ki, Kənd Təsərrüfatı naziri sahibkarlara minnət edir ki, aldığınız pulu qaytarın və subsidiyalara göz dikməyin və s. Yəni həmin nazir istəyir ki, subsidiyaların hamısı özünə qalsın. Nazirlərin prezident müşavirəsində çıxışları qaneedici deyil. Prezidentin tələblərin yerinə yetirmək üçün prezidentə onu sevən bir komanda lazımdır. Amma çox təəsüf ki, prezidentin ətrafında belə bir komanda yoxdur.
Artıq yanvar ayı da bitdi, amma demək olar ki, heç bir iş görülmədi. Mən düşünürəm ki, 2017-ci ili də çox böyük iqtisadi çətinliklərlə yaşayacağıq. Xalqımız ərzaq məhsullarının və başqa məhsulların da bahalaşmasının şahidi olacaq. Bunun axırı da yaxşı sonluqla nəticələnməyəcək. Mənim cənab prezidentə tövsiyyəm bu olardı ki, tez bir zamanda "qocalar evi”ndən canın qurtarsın. Nə qədər ki, prezident bu komandadan əl çəkməyib prezidentin çəkdiyi əziyyətlər hədər gedəcək. Çünki o komanda artıq milyardlar üstə oturumuş və xaricdə özünə himayədar tutmuş komandadır. Buna görə də bu komanda ilə ölkəni idarə etmək olmaz.
Adi bir az qar yağır ölkənin yarı faizi iflic olur. Demək olar ölkəmizin bütün tələbatları xaricdən gəlir. Ölkəmizin daxilində olan məhsullar da çox azdır. Mən düşünürəm ki, iqtisadiyyatı, siyasəti bilən və iqtisadiyyatla siyasəti uzlaşdıra bilən çevik bir komandaya ehtiyac var. Amma prezidentin müşavirində olan nazirlərin hamısı mürgüləyirdi. Müşavirə gedə-gedə məmular beyinlərində xaricdəki bizneslərin, milyardların hesablayırdılar. Heyif ki, prezident də o müşavirdə çox geniş çıxış etdi və tapşırıqlar verdi. Sözü götürənə, eşidənə deyərlər. Buna görə də hər şeyi prezident deyir və özü də eşidir. Onu da qeyd edim ki, prezident məmurlara deyib xalqın içində olun onları qəbul edin. Gəlin görək məmurlar xalqı qəbul edirlər? Nazirlər var ki, rayona gedəndə prezident gedirmiş kimi yolları bağlatdırır və getdiyi rayonda da tabeliyində olan işçilərin paltarların dəyişdirib gətirib yanında otuzdurur. Bununla da guya ki, nazir rayona getdi və vətəndaşları qəbul etdi. Belə xalqın içində olmaq olmur.
Mən düşünə bilmirəm, axı nə qədər olar insanın gözünün içinə baxa-baxa yalan danışmaq. Bu məmurların əlin də kəssən yenə onlar rüşvətlərindən qalmayacaqlar. Prezident müşavirədə məmurlara dedi ki, özünüz və ailəniz sadə olun. Onlar kimdilər ki, prezident bu sözləri onlara deməlidir. Onların ailələri göydən düşməyiblər. Nə məmurlar, nə də onların ailələri prezidentin dediklərinə əməl etmirlər. Buna görə mən çox sərt şəkildə mübarizə aparıb və sərt şəkildə məmurları tənqid edirəm. Çünki ölkədə haqsızlıqlara qarşı bir hayqırtı var. Bu hayqırtının qarşısı alınmalıdır. Haqsızlığı meydanlara çəkməməlidirlər. İmkan vermək olmaz ki, xalqın bu vəziyyətindən istifadə edən həm daxili, həm də xarici qüvvələr xalqı mart ayında meydanlara gətirsinlər.
Millətimiz bir qrup məmur tərəfindən aldadılır. Amma bizim millət belə yaşamamalıdır. Azərbaycan xalqının haqqı var ki, yüksək səviyyədə yaşasın və heç bir şeyə ehtiyacı olmasın. Müşafirədə cənab prezident bir daha dedi ki, ictimai nəzarət olmalıdır. Bu ictimai nəzarəti də biz artıq həyata keçirdirik. Gələn həftə biz rayon təşkilatlarının müşavəsirin keçirdəcəyik. Bu müşavirədə göstəriş veriləcək ki, rayonlarda olan hər bir məsələni mənə çatdırsınlar. Mən də o məsələləri öz növbəmdə cənab prezidentə çatdıracam. O zaman prezident biləcək ki, rayonda olan məsələlər haqqında ona düzgün məlumat vermirlər. Çünki rayonda olan hüquq mühafizə orqanları da, icra hakimiyyətləri də qorxurlar. Biz də çalışacağıq ki, rayonlarda olanları prezidentə düzgün çatdıraq”.