"Gələn dəfə tamam soyun, onsuz da bizimkilər görməmişdir..." - Müğənnidən Hadisəyə mesaj

img

02-01-2017 [15:22]


"Gələn dəfə tamam soyunarsan!”.

Bunu müğənni Nadir Qafarzadə Bakı Olimpiya Stadionunda "ƏN Yeni il” adlı konsetdə türk sənətçisi Hadisənin açıq-saçıq geyiminə münasibət bildirərkən deyib.

 O, Azərbaycan tamaşaçılarının ünvanına aşağılayıcı ifadələr səsləndirib:

"Bizimkilər də ölürlər, elə bil ayaq, dal, qabaq görməyiblər. Bu da bilir ki, sənəti yoxdur, Azərbaycanda ancaq soyunmaqla tutuzdura bilər. Heç olmasa, canlı oxuma,ay xaric. Gələn dəfə gələndə tamam soyunarsan, onsuz da bizimkilər görməmişdilər. Həya, abır deyilən bir şey qalmayıb bizdə. Onsuz da hamı yola verir, sən də məqamdı istifadə et. Bir də əcəb edirsən, kef elə”.

AzNews.az 

Digər xəbərlər
SON XƏBƏRLƏR