30-12-2016 [14:30]
Qarşıdan 2017-ci il - Xoruz ili gəlir. Ölkədə müxtəlif sahələrdə problemlər olsa da, insanlar üzümüzə gələn ildən müsbət nələrsə gözləyirlər. Bəs görəsən, Xoruz ili insanlara nə vəd edir?
Tanınmış astroloq, "Qoroskop" qəzetinin baş redaktoru Səbuhi Rəhimli "Reytinq" qəzetinin bu və digər suallarını cavablandırarkən deyib ki, qarşıdan gələn Qırmızı Xoruz ili 2017-ci il yanvarın 28-də (Bakı vaxtilə gecə saat 04:06 dəqiqədə) start götürəcək və 15 fevral 2018-ci ilə qədər davam edəcək:
- Xoruz illəri bir qayda olaraq siyasi illər kimi səciyyələndirildiyi üçün heç vaxt sakit keçmir. Dünya tarixində bir çox dönüş mərhələləri məhz bu dövrlərə düşüb. Bu səbəbdən ilin burulğansız keçəcəyini söyləmək sadəlövhlük olardı.
- Bəzi astroloqlar bu ili Xoruz, bəziləri isə Toyuq ili kimi dəyərləndirir. Halbuki tamamilə fərqli tiplərdir. Elə deyilmi?
- Orta əsrlərin bəzi astroloji mənbələrində Xoruz ilini həm də Quş ili kimi qeyd edənlər olub. Amma Toyuq ilinə heç vaxt rast gəlməmişəm, o ifadəni yalnız dostumuz Firudin Qurbansoy işlədir. Bir dəfə səbəbini soruşanda dedi ki, "xoruz" sözünü pisə yozurlar, yəni qınaq obyektinə çevrilməməsi üçün "toyuq" dediyini bildirdi.
Bilirsiniz, bizdə təəssüf ki, bəzi ifadələri pis mənalara yozub, o sözün dilə gətirilməməsinə çalışırlar. Anlamıram ki, xoruz, mavi, xiyar və s. ifadələrdə hansı xoşagəlməz mənalar var?
- Xoruz ilində insanları nə gözləyir? Aclıq, qıtlıq, təbii fəlakət və sair baxımdan nələri yaşaya bilərik?
- Əvvəldə dediyim kimi, sakit il olmayacaq. Amma suallarınızı bədbin notlara kökləməyinizin özündə belə neqativlik var. İllərin dəyişməsi yaşama qanunlarının, oyun qaydalarının fərqliliyindən irəli gəlir. Lakin böyük mənada ilin uğur və ya uğursuzluğu insan amilinin düşüncə və davranışlarından doğur.
Sualınızı cavablamaq üçün məlum dövrdə bu vaxta qədər olan hadisələri gözdən keçirmək lazımdır. Mən, 150-yə qədər hadisəyə nəzər saldım, əslində müsbət hadisələr daha çoxdur. Qısaca onu deyim ki, Xoruz ili Meymun ilinin kəskin davamı olsa da, gərinlik və siyasi fəlakətlərin tamamlanmasına xidmət edir.
- Xoruz ilində kimlər, hansı illər, hansı bürclər altında doğulanlar özlərini daha rahat hiss edəcək? Kimlər üçün gələn il ağır olacaq?
- Astroloji göstəricilər ilin əsas aparıcı bürcləri kimi Oğlaq və Sutökəni (Dolça) göstərir, illərdən isə Xoruz, Öküz və Qaban öndədir. Mən bu yanaşmanı ciddi qəbul etməsəm də, hər halda müşahidə astrologiyasının minilliklərdən gələn qənaəti belədir.
- Bu gün çoxlarını dolların məzənnəsi, qiymətlərin artıb-artmayacığı maraqlandırır. İqtisadçı olmadığınızı bilirəm, ona görə də gələn il bizi ağır iqtisadi sınaqlar gözləyir, yoxsa çətiniklər bu ildə qalacaq?
- Dolların məzənnəsi məsələsini proqnozlaşdırmaq çətindir. Lakin adi məntiq də manatın ucuzlaşmaqda davam edəcəyini göstərir. Yalnız onu deyə bilərəm ki, dünyada mövcud olan iqtisadi böhran ən azından avqustun ortalarına qədər davam edəcək.
- Siz hər zaman ictimai-siyasi proseslərlə bağlı da proqnoz verirsiniz. Ümumilikdə Xoruz ili ictimai-siyasi proseslər baxımından necə olur?
- İcazə versəydiniz, oxucular üçün Meymun və Xoruz illərinin paralelliyini aparardıq. Meymun illərində hədəflər məlum deyil, hətta məlum olsa da, gizli saxlanılır. Onun oyun qaydaları üzdən mülayim, sadə görünsə də, əslində təhlükəli və amansızdır. "Meymun"xəyanətə meyllidir, münaqişə yaratmaq, yalanlarla idarə etmək, gözləmədiyin yerdən vurmaq onun peşəsidir.
Təcrübə göstərir ki, bu illərdə Şər Xeyiri üstələyir, maddi resurslar mənəvi dəyərləri arxa plana keçirir, günahsız insanlar əziyyət çəkir, hətta ölür.
Dünyanın yenidən bölüşdürülməsi, yeni quruluşların yaradılması və böyük müharibələrin gedişatındakı dəyişikliklərin böyük əksəriyyəti Meymun ilinə təsadüf edir...
Xoruz ilində isə vəziyyət bir qədər fərqli, açıq və kəskin formada təzahür edir. Yeni ilin rəmzləri deməyə əsas verir ki, güclü tərəflərin qarşıdurması il ərzində daha da kəskinləşəcək. Qırmızı və Od ünsürlü dövrlərdə bu hal həmişə olur və nəzərə alsaq ki, Xoruz illəri daha çox siyasi müstəvidə aktivliyə dəlalət edir, deməli, 2017-ci il daha qarışıq olacaq.
Üstəlik, astrologiyada neft və qazı idarə edən Saturnun aparıcı planet olması enerji resursları uğrunda ölüm-dirim savaşından da xəbər verir. Xoruz illərinin xronoloji mənzərəsinə baxsaq, daha çox üsyanlar, suiqəsdlər, təyyarə qəzaları, dəhşətli zəlzələlər, dövlət çevrilişləri görürük. Amma böyük müharibələrin sona çatması, tarixi sülh müqavilələri də nəzərdən qaçmır.
- Xoruz ilinə siyasi təlatümlər, inqilablar, iğtişaşlar xarakterikdirmi, yoxsa daha sakit bir dönəm olacaq?
- İlk növbədə bildirim ki, bu il kiçiklər böyüklərin içində əriyəcək - hər mənada. Prosesləri uzatmaq istəməyən güclər nəyin bahasına olursa-olsun, bütün yarımçıq işləri tamamlamağa çalışacaqlar. Bu da öz-özlüyündə ağır fəsadlara yol açacaq.
Baş verənləri qitələrarası gərginlik də hesab etmək olar. Sakitlik barədə düşünmək ağlabatan görünmür.
- Uzun illərdir ki, Azərbaycan müxalifəti ilə bağlı nikbin proqnozlarınız olmur. Son on ildə heç bir "heyvan" müxalifətə şans tanımadı. Xoruz ili müxalifətimizə aktivləşmək imkanı verəcəkmi?
- Düşünürəm ki, ictimai müxalifət siyasi müxalifəti kəskin şəkildə üstələdiyi üçün nikbin proqnozlar formalaşmır. Çünki proseslərin aktivləşməsi üçün siyasi müxalifətin fəallaşması lazımdır, buna da şərait yaradılmır. İctimai müxalifət isə hadisələrin gedişatına təsir etmir, çünki onu idarə etmək olmur.
- Siz təxminən müxalifət liderlərinin hamısının ilini və bürcünü bilirsiniz. Xoruz ilində kimin önə çıxmaq imkanı var?
- Ümumiyyətlə, siyasi astrologiyada yalnız müxalifətin deyil, ictimai-siyasi həyatda önəmli sima kimi tanınan istənilən xadimin təvəllüdünü bilmək vacibdir. Çünki onları bilmədən gələcək mənzərəni təyin etmək olmur. Amma "önə çıxmaq" deyəndə nəyi nəzərdə tutduğunuzu bilmirəm, çünki 2017-ci ildə "ön" olmayacaq.
- Hakim komandada dəyişikliklər və islahatlar baxımından Xoruz ili nə vəd edir? Vaxtilə "yerindənqopmaz" nazirlər və məmurlarla bağlı da proqnozlarınız olurdu. Nə deyə bilərsiniz?
- 2016-cı ilin əksər fəsadları istər-istəməz 2017-ci ilə keçəcək, üstəlik, daha kəskin formada.
Onu deyə bilərəm ki, hakim komandanın vəziyyəti ürəkaçan olmayacaq, xüsusən də ilin ilk üç ayında. Maliyyənin azalması, ixtisarlar və digər hallar onların bəzisinin sıradan çıxmasına səbəb olacaq.
Bu il xırda və orta məmurların istefalarını, "ixtisarlarını" çox görəcəyik. Hətta təxminən 5 populyar məmur da vəzifəsini itirəcək.
- 2017-də səs-küylü qətllər, həbslər necə, yaşana bilərmi?
- İstisna etmirəm. Xoruz illərində əsas təhlükə siyasi sui-qəsdlər və qanlı dövlət çevrilişləridir.
- Ulduzlar Qarabağ münaqişəsinin həlli ilə bağlı nə deyir?
- Onu ulduzlar deyə bilmir, onu Azərbaycanı təkləyən dünya gücləri deyə bilər. Astrologiyada problemin həlli üçün şanslı vaxtlar göstərilir ki, bunu da həyata keçirmək üçün siyasi iradə və bir çox vacib amillər tələb olunur.
Elə sizin qəzetə də illər öncə söyləmişdim ki, Qarabağ münaqişəsinin həlli fürsəti 2012-2023 illərdir. Bu aralıqda yalnız 2016-cı ilin aprelində qısamüddətli uğursuz cəhd oldu...
- Uğursuz niyə?
- Ona görə ki, azad olunan ərazilərimiz 4 günə görə yaxşı göstərici olsa da, itki baxımından bir misqal da deyil.
- Xoruz ilində müharibələr başlana bilirmi? Yaxud aprel hadisələri kimi döyüşlərin təkrarlanması mümkündürmü?
- Araşdırmama görə, Xoruz illərində daha çox müharibələr başa çatıb, sülh müqavilələri bağlanıb. Düzdür, bəzi müharibələr də başlayıb, lakin bunlar böyük miqyaslı və ya uzunmüddətli olmayıb.
Mia.az
Ceyhun Bayramov Qətərə işgüzar səfərə gedib
Yatağına sığmayan Kükü çayı - VİDEO
Hərbçimiz minaya düşüb - Qazaxda (Yenilənib)
Ekspertdən deputata irad: "Ya milli təəssübkeşliyi yoxdur, ya da..."
Prezident İlham Əliyev Çin Xalq Assosiasiyasının sədri ilə görüşdə: "....səylərimizi əsirgəmirik" - FOTOLAR
PREZİDENT İKİ NƏFƏRİ NAZİR MÜAVİNİ TƏYİN ETDİ: Rəşad Nəbiyevin yeni müavinləri kimdir? - FOTOLAR
Nəsimi rayonunda aprel ayında səyyar qəbullar keçirilib - FOTOLAR
"Youtuber" 25 metr hündürlükdən yerə çırpılıb - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
Mayın 5-də imtahanı keçiriləcək
PREZİDENT İCRA BAŞÇISINI VƏZİFƏDƏN AZAD ETDİ - Nazir əvəzi icra başçısı təyin olunub (FOTO)
Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
Baş prokuror 5 rayonun sakinlərini qəbul edəcək
Xarici ticarət dövriyyəsi niyə azalır? - Vüqar Bayramov yazır
"Real Madrid"in türk ulduzu: "Mənə burada "abi" deyirlər"
Mətbuat katibi kobud səhv edən deputatları "topa tutdu, onlara "savadsız" dedi - Biri Başkəndin harada olduğunu bilmir, digəri isə...
Bakıda mənzildən 60 min manatlıq qızıl-zinət oğurlanlb
Bakıda qətl: 70 yaşlı kişi 45 yaşlı şəxsi öldürdü
Baş məşqçidən qəzəbli açıqlama: "Feriştahı gəlsə, görüşə bilməz"
"Qəssam tuqayları" İsrail hərbçilərini öz silahı ilə vurub - F16-ların bombası partlamayıb?
"Fənərbağça"nın oyunçusu 6 həftə futbol oynaya bilməyəcək
Türkiyədə daha bir zəlzələ olub - 4.2 bal gücündə
Deputat işıqların tez-tez kəsilməsinə etiraz etdi: "Bir nəfərə görə bütöv kənd cəzalandırıla bilməz"
Daha bir ölkədə qızılca epidemiyası: 19 uşaq ölüb
Türkiyədə daha bir mafiya çökəldilib - Lideri tutulub (FOTO)
ZIYANLI VƏRDIŞLƏR (III yazı)
Bu gün Füzuliyə daha 39 ailə köçürülüb
Ərdoğan Fatih Ərbakanı niyə çay içməyə dəvət etmədi? - İki partiya arasında "çat"lar dərinləşir (Açıqlama)
Ərdoğanla CHP lideri nələri müzakirə edəcək? - "Əsas məsələ sosial-iqtisadi problem olacaq"
Abşeronda daha bir qətl: ər 48 yaşlı arvadını öldürüb
Əl-Musrati üzr istədi: "...söz tapa bilmirəm”
Fatih Terim fitə basıldı, qəzəblənən məşqçi telefonunu yerə çırpdı - "Panatinaikos"un çempionluğu möcüzəyə qaldı
Baş nazir: "İlin sonunadək Ukraynaya F-16 göndərəcəyik"
Qəzzada savaş: ölüm halları artıb
"Lester Siti" yenidən Premyer Liqaya dönüb
İsrail əsgərləri daha 15 fələstinlini həbs edib
Fransa derbisi: çempionu bəlli oldu
"Göztepe" Super Liqaya yüksəlib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BLİNKEN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ: nələr müzakirə olunub?
İki ağdamlı əmioğlu Odessanın boks çempionu oldu - FOTOLAR
"Qəbələ" Azərbaycan Premyer Liqasını tərk edib
Sədərək rayonunda sursat partlayıb - 2 nəfər həlak olub
Bu gün magistraturalara qəbul imtahanı keçirilib (Yenilənib)
Sabah isti hava olacaq