Gürcüstan prezidenti Georgi Marqvelaşvili 175 məhbusu əfv etdi, aralarında azərbaycanlılar da var

img

28-12-2016 [13:31]


Gürcüstan prezidenti Georgi Marqvelaşvili 175 məhbusu əfv edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Əfv Komissiyasının sədri Zviad Koridze bildirib ki, 122 məhbus azadlığa çıxıb, 53 nəfərin cəzası müddəti azaldılıb.

Onun sözlərinə görə, siyahıda Gürcüstan vətəndaşları olan azərbaycanlılar, habelə Azərbaycan vətəndaşları var. 

Z. Koridze əfv olunanların arasında 14 qadının olduğunu bildirib. O qeyd edib ki, 12 qadın məhbus artıq cəzaçəkmə müəssisəsini tərk edib, daha iki nəfərin cəzası azaldılıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:36 25.03.2026

Xəzərdə zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA