"Xəzər Lənkəran" 5 futbolçusunu yola salıb, üçünü gətirdi

img

27-05-2010 [01:17]


"Xəzər Lənkəran" klubu yeni mövsüm üçün daha 3 yerli futbolçu ilə anlaşıb. Qol.Az-ın xəbərinə görə, klubun mətbuat xidmətindən Peşəkar Futbol Liqasına verilən məlumata görə, Xaqani Məmmədov, Asif Məmmədov və Tural Cəlilov növbəti iki mövsümü cənub təmsilçisinin heyətində keçirəcək. Qeyd edək ki, Xaqani Məmmədov son mövsümü icarə əsasında Yevlaxın "Karvan" klubunda keçirib. Tural Cəlilov Zaqatalanın "Simurq", Asif Məmmədov isə paytaxtın "İnter" klubunun şərəfini qoruyub. Bundan əlavə cənub klubu 5 futbolçu ilə yollarını ayırıb. ?Ağ-yaşıllar? Ramazan Abbasov, Ceyhun Sultanov, Tihon Şişov və Tomaş İnemanla əməkdaşlığa son verib. Məşqçilər korpusunun qərarına görə, müqaviləsi başa çatan Denis Kalinkov da yeni mövsümdə "Xəzər Lənkəran"ın heyətində çıxış etməyəcək. Qeyd edək ki, 3 əcnəbi oyunçunun cənub təmsilçisindən uzaqlaşdırıldığı dünəndən məlum idi. Ceyhunla Ramazanın uzaqlaşdırılması haqda qərar isə sonradan çıxarılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA