Bülənt Qorxmaz: ?Bakı? təkcə kuboku yox, həm də çempionluğu qazanmalıydı?

img

24-05-2010 [06:00]


Türkiyəli mütəxəssis Bülənt Qorxmaz sabiq klubu ?Bakı?nın Azərbaycan kubokunu qazanmasına münasibət bildirib. Qol.Az-a eksklüziv açıqlamasında Bülənt Qorxmaz keçmiş komandasından bu nailliyyəti gözlədiyini söyləyib: ?Mən ?Bakı?dan ayrılanda da demişdim ki, bu komanda həm çempionluğu, həm də kuboku qazanmağa qadirdir. Daha doğrusu, biz orada komandanı istər fiziki, istər taktiki, istərsə də oyun nizam-intizamı mənasında hazır vəziyyətə gətirdik. Bu mənada, ?Bakı?nın kuboku qazanması mənim üçün sürpriz olmadı?. Bülənt Qorxmaz bildirib ki, əslində bu mövsüm ?Bakı? həm ölkə çempionluğunu, həm də kuboku qazanmalıydı: ?Komandanın buna tam potenasialı da vardı. ?Altılıq? mərhələsində heç-heçələr az olmadı. Fikrimcə, daha yaxşı nəticələr əldə edib çempion da olmaq mümkün idi?. Bununla belə, Bülənt Qorxmaz ?Bakı?nın ölkə çempionatında ikinci yeri tutması və kuboka sahib olmasını da normal nəticə kimi qiymətləndirib. Onun fikrincə, komandanın bundan sonrakı əsas hədəfin Avropa Liqasının final mərhələsinə düşmək olmalıdır: ?Komandaya yeni baş məşqçi gətirilsə, yoxsa hazırkı məşqçilər heyətilə yola davam edilsə belə, ?Bakı? Avropa Liqasında oynamağa layiq komandadır. Biz orada yaxşı bir işlər qoyub getmişik. Komanda bundan sonra da uğurla çıxış etmək üçün mütləq bir neçə səviyyəli əcnəbi və legioner futbolçu transfer etməlidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA