Aqro informasiya Mərkəzi ?Yazıl Yaza? Velosiped Turu təzkil edəcək

img

21-05-2010 [12:34]


Aqro İnformasiya Mərkəzi (AİM) may ayının 22-i Beynəlxalq Bioloji Müxtəliflik günündə Mərkəzi Aranda ilk dəfə olaraq geniş miqyaslı velosiped turu təşkil edəcək. Tur, Azərbaycan Prezidenti tərəfindən 2010-cu ilin ?Ekologiya ili? və Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən ?Biomüxtəliflik ili? elan edilməsi ilə əlaqədar keçirilən ekoloji maarifləndirmə istiqamətində görülən tədbirlər silsiləsindəndir. ?Yaşıl Yaşa? adlanan velosiped turunun keçirilməsində məqsəd yerli əhalinin diqqətini ətraf mühitin mühafizəsinə cəlb etmək və ekoloji nəqliyyat vasitəsi olan velosipedi əhali arasında təbliğ etməkdir. Turda təşkilatın heyət üzvləri, Amerika Sülh Korpusunun Könüllüləri və digər təşkilatların nümayəndələri, eləcə də regionda yaşayan gənclər dəstək verəcək. Tur mayın 22-i saat 8:30-da Ağcabədi rayon İcra Hakimiyyəti binası qarşısında ucaldılmış Ulu öndər Heydər Əliyevin heykəli qarşısına gül qoyulması ilə başlayacaq. Bundan sonra velosipedçilər Dövlət Yol Polisinin müşayiəti ilə Ağdam rayonu ərazisindən keçməklə Bərdə rayonu istiqamətində 45 km məsafədə hərəkət edəcəklər. Velotur zamanı keçilən 9 məntəqədə dayanmaqla yerli əhali arasında ekoloji maarifləndirmə işləri aparılacaq, bu məqsədlə hazırlanmış jurnal və bukletlər paylanacaq. Tur, Bərdə ərazisində Sultanbud meşəsində tamamlanacaq. Burada Amerika Sülh Korpusu Könüllülərinin ?Aqrar və sosial meşəçilik?, ?Ekoloji təmiz kənd təsərrüfatı? mövzularında təqdimatı olacaq. Velotur bura qatılmağa marağı olan hər kəsin üzünə açıqdır. Bütün kütləvi informasiya vasitələrinin nümayəndələri bu tədbirdə iştirak etməyə dəvət olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA