Müğənnilər, rəqqaslar, aparıcılar vergi ödəyicisi olacaq - Nazir açıqladı

img

14-12-2016 [13:41]


Toylarda və digər mərasimlərə iştirak edən müğənnilər, rəqqaslar, aparıcılar və şou-biznesin digər nümayəndələri sadələşdirilmiş vergi ödəyicisi olacaq.

Bunu vergilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi məsələlər, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Müvafiq dəyişikliklər Vergi Məcəlləsində nəzərdə tutulub.

Nazirin sözlərinə görə, bu sahənin nümayəndələri hər ay müvafiq əmsala uyğun sadələşdirilmiş vergi ödəyəcəklər.

Yuxarıda qeyd olunan şəxslər üçün sadələşdirilmiş vergi şəhərlər üzrə ayrı-ayrı əmsallarla hesablanacaq:

– Bakı (kənd və qəsəbələr daxil olmaqla) – 2
– Gəncə, Sumqayıt, Xirdalan – 1,5
– Abşeron rayonunun qəsəbə və kəndləri, Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki, Naftalan – 1
– Digər şəhər və rayonlar – 0,5

Trend

Digər xəbərlər
SON XƏBƏRLƏR