Xocalı faciəsindən bəhs edən “Qar Qorxusu” adlı film çəkilib - FOTO

img

13-12-2016 [10:52]


"Cəmiyyətin İnkişafında Vətəndaş Məsuliyyəti” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə yeni layihə icra edir. 

Mia.az-a verilən məlumata görə, Xocalı facəsinin 25-ci il dönümünü nəzərə alaraq təşkilat "Xocalı faciəsindən bəhs edən "Qar  Qorxusu” adlı filmin çəkilişi və təqdimatının təşkili” adlı layihə ilə faciə qurbanlarını yad edir.

Layihədə nəzərdə tutulan " Qar Qorxusu” filiminin çəkilişləri yekunlaşıb. Filmin səsləndirilmə və montaj işlərinin artıq başa çatmaq üzrə olduğu bildirilir. Filmin təqdimatının təşkili isə 2017-ci il Xocalı faciəsinin 25-ci il dönümü ərəfəsində həyata keçiriləcək. Filmin televizya yayımı da məhz faciə günü reallaşdırılacaq.

Filmin çəkilişlərindən bəhs edən Birlik rəhbəri Şəfəq Qədirli deyib ki, özünün də Xocalı rayon sakini olması və o faciəni yaşaması filmin çəkilişləri zamanı ağır enosianal yükənməsinə səbəb olub. Lakin buna baxmayaraq filmin çəkilişlərində ictimayətə verilməli olan mesajlar,vətənpərvərliyə çağırış ruhlu səhnələr üzərində xüsusi diqqətlə dayanılıb. Ş.Qədirli bildirib ki, müharibəyə hazır gənclərin yetişməsinə səbəb olacaq film və sujetlərin aktuallaşdırılması zamanın tələbidir.

Layihədə nəzərdə tutulan fəaliyyətlər qisa vaxt ərzində yüksək keyfiyyətlə həyata keçirilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR