PA-nın sektor müdiri tələbələrlə görüşüb - FOTOLAR

img

09-12-2016 [18:56]


Azərbaycan Dillər Universitetinin (ADU) tələbə gənclər təşkilatının nəzdində fəaliyyət göstərən Tələbə Diplomatlar Klubu üzvlərinin Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyevlə görüşü keçirilib. 

Görüş "Ali qonaqlar, elmi maraqlar” layihəsi çərçivəsində təşkil edilib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdən öncə bu ali təhsil ocağının tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev qonağa ADU-nun təhsil sistemi, fakültə və kafedraları barədə məlumat verib.

Tələbələrlə görüşdə V.Quliyev təmsil etdiyi sektorun gənclər təşkilatları ilə əlaqələrin inkişaf etdirilməsi, onlarla iş aparan dövlət orqanlarının və digər qurumların fəaliyyətinin əlaqələndirilməsi funksiyasını həyata keçirdiyini bildirib. 

Gənclərin fəaliyyətinin dövlət tərəfindən yüksək qiymətləndirildiyini qeyd edən sektor müdiri müasir gəncliyin dövlət siyasətinin bir hissəsi olduğunu və onların həyata keçirdiyi təşəbbüslərin dövlətimizin başçısı tərəfindən daim dəstəkləndiyini bildirib.

V.Quliyev gəncləri dövlətimizin onlar üçün yaratdığı imkanlardan səmərəli istifadə etməyə çağırıb.
Sonra tələbələrin sualları cavablandırılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA