Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır

img

31-03-2026 [11:10]


ABŞ-da Prezident Donald Trampın fəaliyyətindən narazıların sayı kəskin artıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu, ölkədə keçirilən sorğuda bir daha təsdiqlənib.

Məlumata görə, sorğu iştirakçıların 62%-i Prezident Donald Trampın fəaliyyətindən narazı olduğunu açıqlayıb: ”Massaçusets Amherst Universiteti tərəfindən 20-25 mart tarixləri arasında keçirilən sorğuda iştirak edənlərin  62 faizi ona “yox” deyib. Cəmi 33%-i onu təqdir edib, 5 faiz isə sualı ya cavablandırmayıb, ya da neytral qlaıb”

Sorğuya qatılanlar İrana hücuma da rəy verib: “63 faiz müharibə qərarını pisləyib, 29%-i Trampın İrana hücumlarını dəstəkləyib”

Amerikalılar ölkədəki iqtisadi və social vəziyyətin də yaxşı olmadığı qənaətindədir. Belə ki, sorğu iştirakçıların 24%-nin Trampın inflyasiya ilə bağlı çox müsbət iş gördüyünü deyib. Lakin 71% faiz əksinə düşünür, onlar vəziyyətin heç də yaxşı olmadığını iddia ediblər.

Hüseyn Namazov
MİA.AZ  


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:15 30.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA